Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 04:00

Prezident Məzahir Pənahovu təltif etdi


M.Pənahov və İ.Əliyev. 2018

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Şərəf" ordeni ilə təltif edilib.

Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev bu gün, martın 30-da sərəncam imzalayıb. Sənədə görə, o, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.

M.Pənahov 2000-ci ildən MSK-ya rəhbərlik edir. Bir sıra müxalifət partiyaları bildirir ki, bu müddət ərzində ölkədə keçirilən bütün seçkilər total şəkildə saxtalaşdırılıb. Elə ATƏT-in seçki missiyasi da (Demokratik Təsisatlar və İnsan Haqları Bürosu) son onilliklərdə Azərbaycanda keçirilən seçkilərin bir sıra parametrlərə görə beynəlxalq standartlara cavab vermədiyini açıqlayıb. Hərçənd, Azərbaycan hökuməti və MSK üzvləri belə qiymətləndirməni qərəzli sayırlar. Onlara görə, Azərbaycanda keçirilən seçkilər sırf xalqın iradəsini ifadə edir.

XS
SM
MD
LG