Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:13

Belarus Tixanovskayanı terrorçuluqda ittiham edir


Svyatlana Tixanovskaya
Svyatlana Tixanovskaya

Belarus prokurorları müxalifət lideri Svyatlana Tixanovskayaya qarşı terrorizm ittihamlı cinayət işinə başladıqlarını bildiriblər.

Bu barədə qərarı martın 29-da baş prokuror Andrey Şved elan edib.

Belarusdan ötən ilin avqust prezident seçkisindən sonra mühacirətə məcbur edilən müxalifət lideri hələki bu xəbərə reaksiya verməyib.

Şvedin bəyanatında iddia olunur ki, guya Tixanovskaya və daha bir neçə nəfər Minskdə və ölkənin başqa şəhərlərində partlayışlar və yanğınlar törətməyi planlaşdırırmışlar.

“Bomba partlatmaq istəyən” həbs olunub

Bəyanatda bu ittihamların təfərrüatları açıqlanmır. Bundan əvvəl prokurorluqdan verilən məlumatda deyilirdi ki, Minskdə və paytaxt yaxınlığındakı Borisov şəhərində bomba partlatmağa cəhd edən bir nəfər həbs edilib.

Belarusda ötən ilin 9 avqust prezident seçkisində Alyaksandr Lukaşenka 6-cı dəfə qalib elan ediləndən dərhal sonra kütləvi etiraz aksiyaları başlanıb.

Etirazçılar seçkinin Lukaşenkanın xeyrinə saxtalaşdırıldığını və əslində Tixanovskayanın qalib gəldiyini deyirlər.

Avropa İttifaqı, ABŞ və bir sıra Qərb ölkələri seçki nəticələrini və Lukaşenkanın legitimliyini tanımadıqlarını bildiriblər.

Lukaşenka geri çəkilmir

Lukaşenkanın qalib elan edilməsindən sonra paytaxt Minskdə və başqa şəhərlərdə ona qarşı aylarla davam edən etiraz aksiyaları keçirilib.

Polis etiraz aksiyalarına sərt müdaxilə edib və aksiyaçılara divan tutulub. Bu zaman bir neçə etirazçının həlak olduğu məlumdur.

Nümayişlərin davam etdiyi həftələrdə Lukaşenka hökuməti 33 minədək insanı məhbus edib.

Onlardan bir çoxuna işgəncələr verildiyi iddia edilir.

Buna cavab olaraq Qərb Lukaşenka hökumətinin rəsmilərinə və onun oğullarına sərt sanksiyalar elan edib.

Ötən həftə Tixanovskaya anti-Lukaşenka etirazlarının yeni dalğasına çağırıb.

Bununla əlaqədar Minsk və başqa şəhərlərə təhlükəsizlik qüvvələri və hərbi texnika yeridilib.

Son aksiyalarda da yüzlərlə etirazçının saxlandığı bildirlir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG