Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:55

Çin xarici şirkətləri siyasətə qarışmamağa çağırır


Çinli Adidas mağazasının yanından keçir
Çinli Adidas mağazasının yanından keçir

Ötən həftə H&M, Burberry, Nike, Adidas və başqa Qərb şirkətlərinin Sintzyan vilayətində yetişdirilən pambıqdan hazırlanmış mallar satması ilə bağlı şərhlər səslənəndən bəri bu şirkətlər Çində boykotla üzləşiblər.

ABŞ və Qərb hökumətləri Çini onun Sintzyan vilayətində insan haqlarının pozulmasında ittiham edirlər.

Reuters agentliyi yazır ki, martın 29-da Sintzyan vilayəti hökumətinin sözçüsü deyib:

“Mən düşünmürəm ki, şirkət özünün iqtisadi siyasətini siyasiləşdirməlidir. H&M bundan sonra da Çin bazarından pul qazana bilərmi? Bundan sonra xeyr. Onların belə bir qərarın qəbulunda və sanksiyaların qoyulmasında iştirak etməsi düzgün deyil. Bu daşı qaldırıb öz ayağına salmaq kimi bir işdir”.

H&M geyim malları şirkəti bu bəynatla bağlı hələki şərh verməyib.

150-dək şirkət

Cenevrədə insan haqları ekspertləri Çində müsəlman uyğurların iddia edilən saxlanması və məcburi əməyə məruz qalması ilə bağlı narahatlıq ifadə ediblər və qlobal və yerli şirkətləri “öz təchizat zəncirlərini yaxşıca araşdırmağa” çağırıblar.

Onlar deyirlər ki, 150-dək yerli və xarici şirkətlərin uyğur işçilərə qarşı ciddi insan haqları pozuntuları ilə bağlı olduğuna dair informasiya alıblar.

Ekspertlər bəyanatda şirkətlərin adlarını çəkməyiblər.

Onlar bildirirlər ki, bu informasiyaya görə uyğur işçilər aqrobiznes, toxuculuq və geyim, avtomatika və texnologiya sferalarında aşağı ixtisaslı ağır əməyə cəlb olunurlar.

Çin xariciləri pambıq tarlalarına dəvət edir

Bunun ardınca Çin sosial media istifadəçiləri H&M şirkətinin 2020-ci ildə verdiyi bəyanatı dövriyyəyə buraxıblar. Şirkət bu bəyanatda bundan sonra Sintzyan pambığını təchizat zəncirindən çıxaracağını bildirir.

Sintzyan vilayətinin başqa bir hökumət rəsmisi - Elijan Anayat deyib ki, Çin xalqı da Sintzyan pambığını boykot edən H&M və Nike kimi şirkətlərin mallarını almayacaq.

O xarici şirkətləri “hər şeyi öz gözləri ilə görmələri üçün” Sintzyan regionunun pambıq tarlalarına dəvət edib.

Vaşinqton martın 26-da sosial mediada ABŞ-a və Sintzyan pambığından istifadə etməyəcəyini bildirən şirkətlərə qarşı Çin hökuməti tərəfindən təşkil edilmiş kampaniyanı pisləyib.

Reuters yazır ki, Çində belə istehlakçı boykotu ötən həftə Britaniya, Kanada, Avropa İttifaqı və ABŞ-ın Pekinə sanksiyalar elan etməsi ilə eyni vaxta düşüb.

Pambıq və pomidor

Birləşmiş Ştatlar Çini müsəlman uyğurların soyqırımında ittiham edib.

Pekin bu ittihamları rədd edir və bildirir ki, Qərb ölkələri Çindəki daxili vəziyyəti qarışdırmaq məqsədilə sanksiyalarla manipulyasiya edirlər.

Anayatın bəyanatında deyilir ki, “onlar ağıllarını və vicdanlarını itiriblər və sanksiyaları qaraqışqırıq səviyyəsinə qaldırıblar”.

Rəsmi deyib ki, “onların bu soyqırım məsələsini qondarmaqdan məqsədləri Çində təhlükəsizlik və stabilliyi pozmaqdır”.

Birləşmiş Ştatlar yanvar ayında müsəlman uyğurlara qarşı insan haqları pozuntuları iddialarına görə Sintzyan regionundan pomidor və pambıq alınmasını dayandıracağını bildirib.

Çin özünə qarşı bütün iddia və ittihamları bir qayda olaraq rədd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG