Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 14:15

Şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə getmək mümkün olur


İstanbul

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan vətəndaşlarının bu ölkəyə səfəri ilə bağlı açıqlama yayıb.

Açıqlamada yazılıb ki, şəxsiyyət vəsiqəsi ilə səyahət ilə bağlı 2020-ci il dekabrın 10-da Bakıda imzalanan protokolun daxili təsdiq prosesi hər iki ölkədə başa çatdırılıb.

Bildirilib ki, protokol 2021-ci il aprelin 1-dən etibarən qüvvəyə minəcək.

"Beləliklə, iki ölkə vətəndaşları Türkiyə və Azərbaycan arasında birbaşa səyahətlərini pasporta ehtiyac duymadan, yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə edə biləcəklər. Can Azərbaycanla 1 aprel 2021-ci il tarixi etibarı ilə həyata keçəcək yeni qayda ölkələrimiz arasında "iki dövlət, tək millət" şüarında ifadə edilən güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək", - deyə qeyd olunub.

XS
SM
MD
LG