Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:07

Nazir Düşənbədə görüşlər keçirir


C.Bayramov

Martın 30-da Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, görüş Düşənbədə keçirilən "Asiyanın ürəyi - İstanbul prosesi" 9-cu Nazirlər Konfransı çərçivəsində gerçəkləşib.

Açıqlamaya görə, nazirlər Azərbaycan və İran arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

XİN-in məlumatına görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işləri ilə bağlı da fikri mübadiləsi aparılıb: "Nazir Məhəmməd Cavad Zərif qeyd edib ki, İran şirkətləri azad olunmuş ərazilərin minalardan təmizlənməsi və yenidənqurma işlərində iştirak etməyə hazırdır".

Nazir Əfqanıstan Prezidenti ilə də görüşüb

Bu gün, marın 30-da Düşənbədə səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əfqanistan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qəni ilə də görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) məlumat yayıb.

Məlumata görə, tərəflər Azərbaycan və Əfqanistan arasında ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd ediblər:

“ASAN xidmətinin Əfqanistanda fəaliyyətə başlaması və gələcəkdə bu xidmətin daha geniş sahələri əhatə etməsi niyyəti, ADA Universitetində gənc əfqan diplomatları üçün təlimlərin davam etdirilməsi… kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.”

ASAN Azərbaycanda dövlət orqanlarının vətəndaşlara müxtəlif xidmətlər göstərdiyi mərkəzdir. 2012-ci ildə yaradılıb.Bu qurumun yaradılması rüşvətxorluqla mübarizə kimi təqdim edilir.

***

Nazir Tacikistana gedib

Martın 29-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Tacikistana yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində C.Bayramovun "Asiyanın Ürəyi – İstanbul Prosesi" 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Azərbaycan 2017-ci ildə Əfqanıstana dəstək məqsədilə yaradılmış İstanbul Prosesinə ev sahibliyi edib. İstanbul Prosesi 2011-ci il noyabrın 2-də İstanbul şəhərində bir sıra ölkələrin Nazirlər Konfransında Türkiyənin təşəbbüsü ilə yaradılıb. Bu Proses "Asiyanın ürəyi" (Heart of Asia) adlanan bölgənin dövlətlərindən ötrü Əfqanıstan və onun qonşuları arasında təhlükəsizlik, siyasi, iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirəsi üçün platforma sayılır.

***

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan işğal altında olan ərazilərinin üçdə ikisini 44 günlük bu müharibə və üçtərəfli saziş (Azərbaycan, Rusiya və Ermənistan) əsasında azad etdiyini açıqlayıb.

Həmin ərazilərin minalardan təmizlənməsi prosesində Türkiyə və Rusiya hərbi qulluqçuları da iştirak edir.

XS
SM
MD
LG