Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 04:06

Gündəlik 1831  yoluxma aşkarlanıb, 27 ölüm 


Xəstəxana, arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1831 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 545 nəfər sağalıb.

Bu məlumatı martın 28-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 27 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 256 201 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 236 151 nəfər sağalıb, 3491 nəfər vəfat edib, 16 559 aktiv xəstə sayı nəfərdir”

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10 590, hazırkı dövrədək isə ümumilikdə 2 837 044 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Son həftələr Azərbaycanda koroanvirusa gündəlik rəsmi təsdiqlənən yoluxmada artım müşahidə edilməkdəsir. Dünən, martın 27-də Azərbaycanda 1690 yeni yoluxma faktının qeydə alındığı açıqlanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Şərhlər

XS
SM
MD
LG