Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Birmada öldürülən etirazçıların sayı 300-ü keçib


Birmada etirazçılar
Birmada etirazçılar

Martın 25-də Birləşmiş Ştatlar və Britaniya orduya məxsus, bir çox sektorlar böyük holdinqləri olan iki konqlomerata sərt sanksiyalar açıqlayıb

Ötən ayın hərbi çevrilişindən sonra Birmada (Myanma) öldürülmüş etirazçıların sayı 300-ü keçib.

Birmada Siyasi Məhbuslar üzrə Yardım Assosiasiyası (AAPP) ölənlərin və həbs olunanların sayını dəqiqləşdirir. Qurumun martın 26-da bildirməsinə görə, 320 ölüm yalnız sənədləşdirilmiş halları əhatələyir, real say “xeyli yüksək ola bilər”.

AAPP yalnız martın 25-də 11 nəfərin öldürüldüyünü bildirir. Şahidlər və fəallar martın 26-daə daha üç nəfərin güllələndiyini deyir.

25 faizi başından vurulub

Fevralın 1-də Aunq San Suu Kyi hökumətinin ordu tərəfindən devrilməsindən sonra 3 minədək şəxs saxlanıb, ittiham, yaxud məhkum edilib. Suu Kyi, Prezident Vin Myint hələ də saxlananlar sırasındadır.

Suu Kyi 1991-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb. Onun öncəki hərbi diktaturaya qarşı qeyri-zorakı mübarizəsi dəyərləndirilib.

AAPP-ın hesablamasına görə, öldürülənlərin azı 25 faizi başından vurulub. Bu isə onların bilərəkdən öldürülməsilə bağlı şübhələr oyadır.

Martın 25-də Birləşmiş Ştatlar və Britaniya orduya məxsus, bir çox sektorlar böyük holdinqləri olan iki konqlomerata sərt sanksiyalar açıqlayıb.

Birmanın iqtisadiyyatı ötən ilin ikinci yarısında başlamış COVID-19 pandemiyasından ciddi ziyan görüb.

Dünya Bankının martın 26-də açıqladığı proqnoza görə, bu il Birma iqtisadiyyatı 10 faiz kiçiləcək. Ötən il cəmi 1.7 faiz artım olmuşdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG