Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:55

Hrant Dink işində hökm verildi


Hrant Dink, 2006-cı il
Hrant Dink, 2006-cı il

Hüquqi prosesin uzanması jurnalistin qətlinin tam açılmaması ilə izah olunur

Erməni əsilli türkiyəli jurnalist Hrant Dinkin 14 il öncəki qətlinə görə iki keçmiş polis rəisi və iki keçmiş təhlükəsizlik zabitinə ömürlük həbs cəzası kəsib.

İstanbul məhkəməsi martın 26-daə şəhərin keçmiş polis kəşfiyyat rəisi Ramazan Akyürek və onun keçmiş müavini Ali Fuat Yilmazeri “planlaşdırılmış qətlə” görə ömürlük həbsə məhkum edib.

Daxili İşlər Nazirliyinin keçmiş zabitləri Yavuz KarakayaMuharrem Demirkale də ömürlük həbs cəzası alıblar.

Dinkin tərəfdarları və insan haqları fəalları isə edirlər ki, yüksək çinli polis zabitləri cəzasız qalıb, təhqiqat və məhkəmənin davam etməsini istəyirlər.

***

Martın 26-da Türkiyə məhkəməsi erməni əsilli türkiyəli jurnalist Hrant Dinkin qətli işində hökm çıxarmalıdır. O, 14 il öncə İstanbulda qətlə yetirilib.

Dink 2007-ci il yanvarın 19-da ikidilli “Aqos” qəzetinin ofisi qarşısında güllələnib. 53 yaşlı jurnalist qəzetin redaktoru idi.

Dink Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması tərəfdarı idi. Amma qətlindən iki il öncə Osmanlı imperiyası dövründə ermənilərin kütləvi öldürülməsi haqda yazılarına görə məhkum edilmişdi.

Proses niyə uzanır

Hazırda 76 təqsirləndiriləndən yalnız altısı həbsdədir. Təqsirləndirilənlər içində ABŞ-da yaşayan türkiyəli vaiz Fətulla Gülən də var. Onu Prezident Recep Tayyip Erdoğan 2016-cı il dövlət çevrilişinə cəhddə ittiham edir.

2012-ci ildə ultramillətçi Ogun Samast 23 il həbs cəzasına məhkum edilib. Qətl törədilən zaman onun 17 yaşı vardı.

Hazırda bilərəkdən qətl, konstitusiyanın pozulması, terrorçu təşkilata üzvlük ittihamları üzrə mühakimələr davam edir.

Yerlə bir edilmiş Ağdam bombalanmış Berlindən nə "öyrənsin"?
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

Hüquqi prosesin uzanması isə jurnalistin qətlinin tam açılmaması ilə izah olunur. Proses zamanı Türkiyə təhlükəsizlik orqanlarının sui-qəsddən xəbərdar olduğu, amma tədbir görmədiyi bəlli olub.

Samast məhkum olunandan sonra iki polis əməkdaşının 17 yaşlı gənclə fotoları yayılıb. Samastın polis şöbəsində Türkiyə bayrağını gəzdirdiyi görünür. Bundan sonra dövlətin qətldə əli olmasının mümkünlüyünə dair suallar ortaya çıxdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG