Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:56

Türkiyənin digər bazarlara ismarıcı – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

"Elə Ağbalın işini itirməsinə səbəb olan qərar – faiz dərəcələrini artırılması da bu ümumi təhdidə qismən cavab idi"

“The Economist” dərgisi yazır ki, Türkiyənin iqtisadi çətinlikləri digər ölkələrə görk olmalıdır.

Prezident Recep Tayyip Erdoğan mərkəzi bank sədri Naci Ağbalı işdən çıxarandan sonra lirə kəskin ucuzlaşdı, Türkiyədə səhmlər bir günə dollar qarşılığında 16 faizdən çox dəyər itirdi. Məqalədə deyilir ki, son on ildə Türkiyə bir çox yeni yaranan bazarlardan daha sürətli inkişaf edib. Amma Erdoğanın partiyası hakimiyyəti əlində cəmləşdirərək vaxtilə iqtisadi sabitliyi təmin etmiş institusional məhdudiyyətləri təhrif edib. Bu sıraya mərkəzi bankın avtonomluğu da daxildir.

Çin misalı

Məqalədə deyilir ki, Türkiyədə artımı və iş yerlərini təmin edən tikinti sənayesi imtiyazlı kreditlər əsasında çiçəklənir. Bu isə inflyasiyanı artırır. Digər tərəfdən, pulunu əsasən dollar və avroda saxlayan ticarətçilər və kiçik biznes sahibləri valyuta rejiminə nəzarətə qarşı çıxırlar. Sonucda qeyri-sabit valyuta və qiymətlər görürük. “Türkiyə Çinin artım strategiyası ilə yarışır, mülkiyyətə dövlət dəstəyi ilə kredit ayrılır, infrastruktura sərmayə qoyulur, amma sözəbaxan əmanətçilər bundan qazanmır”, – dərgi yazır.

Dərgi qeyd edir ki, bütün bunlar Türkiyənin təkbaşına çəkməli olduğu yükdür. Amma bu problemlər ümumilikdə yeni yaranan bazarları da narahat edəcək məsələlərdir. Elə Ağbalın işini itirməsinə səbəb olan qərar – faiz dərəcələrini artırılması da bu ümumi təhdidə qismən cavab idi.

Məqalədə deyilir ki, dünya iqtisadiyyatı dirçəldikcə, əmtəə qiymətləri artdıqca yeni yaranan bazarlar sıxıntı yaşaya bilər. Braziliyanın mərkəzi bankı da ötən həftə faiz dərəcələrini gözləndiyindən daha çox artırdı. Əks halda, inflyasiya öz-özünü ‘yeməyə’ başlayacaqdı.

Türkiyə bazarlarında qiymətlər kəskin qalxdı
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Qadın müxalifəti

Türkiyə ilə bağlı Qərb mediasında müzakirə olunan digər mövzu isə Ankaranın 2012-ci ildə imzaladığı, qadınlara qarşı zorakılıqla mübarizə üzrə İstanbul Konvensiyasından çıxmasıdır. Erdoğan administrasiyası bunu sənədin cinsi oriyentasiyasından asılı olmayaraq hamını qorumasıyla izah edib. “The Financial Times” qəzetində Leyla Boulton bu haqda yazır.

“Gülünc addımdır. Türkiyədə yeganə müxalifət qadınların müxalifətidir”, – İstanbulda feminist vəkil Canan Arin deyib.

“Çox güclü və vacib olduğundan bizə təzyiq göstərmək istəyirlər… Bilirlər ki, qadınların səsini ala bilməyəcəklər, buna görə də onları sıxışdırırlar”, – o deyib.

Müəllif yazır ki, bir müddət qadın hüquqlarını təbliğ edən Erdoğan indi cinslərin bərabərliyini “təbiətə qarşı” hesab edir. Ankarada konsultant işləyən Adnan Bucak deyib ki, prezident mühafizəkar dini qrupları tərəfinə çəkməyə çalışır. Onlar Pensilvaniyada yaşayan vaiz, 2016-cı ildə dövlət çevrilişinin arxasında durmaqda suçlanan Fətulla Gülen tərəfdarlarının sıxışdırılmasından sonra yaranmış boşluğu doldururlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG