Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 14:48

Olimpiya məşəlinin estafeti başlandı


Arxiv fotosu

Ötən il təxirə salınmış Tokio Olimpiya oyunları məşəlinin Yaponiya ərazisində estafeti başlanıb. İyulun 23-də Tokioda oyunların açılış mərasimi keçiriləcək.

121 günlük estafet şimal-şərqi Fukuşima prefekturasından start götürüb. 2011-ci ildə burada zəlzələ, sunami baş vermiş, üç nüvə reaktoru sıradan çıxmışdı. Fəlakət nəticəsində 18 min 400 nəfər ya ölüb, ya da itkin düşüb.

Məşəli ilk gəzdirmək şərəfi Yaponiyanın qadınlar üzrə yığma futbol komandasının əsas üzvü Azusa İvaşimizuya nəsib olub. Bu komanda 2011-ci ildə dünya çempionatının qalibi olub.

COVID-19 pandemiyasına görə mərasim ictimaiyyət üçün qapalı keçirilib, amma canlı yayınlanıb.

Məşəl aparılarkən yol kənarındakı azarkeşlərə sosial məsafəni gözləmək, maska taxmaq, ucadan qışqırmamaq tapşırılıb. Adamları daha çox mərasimi onlayn izləmək tövsiyə olunub.

Təşkilatçılar xəbərdarlıq ediblər ki, dörd aylıq parad zamanı daha çox adam bir yerə yığışarsa, estafeti ya dayandıracaq, ya da marşrutunu dəyişəcəklər.

Şərhlər

XS
SM
MD
LG