Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Belaruslar yenə də küçərələrə çıxdılar


Belaruslar martın 25-də müxalifət lideri Svyatlana Tixanovskayanın Alyaksandr Lukaşenkaya qarşı etirazların yeni dalğasını başlatmaq çağırışına hay verərək Minskin və başqa şəhərlərin küçələrinə axışıblar.

Martın 25-i həm də 1918-ci ildə Belarusun ilk müstəqil respublikasının elan edildiyi gündür.

Buna baxmayaraq Minskdə polis etirazçıların təhlükəsizliyini mühafizə etməkdən boyun qaçırıb.

Bundan əvvəl Amnesty International beynəlxalq insan haqları təşkilatı etirazçılara qarşı polis zorakılığının baş verə biləcəyindən narahatlıq ifadə etmişdi.

Hələ nümayişdən əvvəl Minskin küçələrinə polis, daxili qoşunlar, hərbi maşınlar və saxlananların aparılması üçün avtobuslar yerləşdirilmişdi.

Ağ-qırmızı bayraqlar

Buna baxmayaraq günortadan sonra bir çox belarus əllərində ilk respublikanın ağ-qırmızı bayraqları ilə nümayişə çıxıblar.

Onlar Minskin mərkəzindəki Oktyabr meydanına çatmağa çalışırdılar.

Yerli fəallar AzadlıqRadiosunun Belarus xidmətinə Minskdə azı 20 nəfərin saxlandığını bildiriblər.

Bəzi xəbərlərə görə polis tərəfindən saxlanmalar Müstəqillik meydanında da baş verib. Belə hallardan biri Telegram kanallarından birində yayılıb:

Ötən ilin 9 avqustunda keçirilmiş prezident seçkisində Lukaşenkanın qalib elan edilməsi Minsk və başqa şəhərlərdə yüzminlərlə etirazçını küçələrə çıxarmışdı.

Hüquq-mühafizə və təhlükəsizlik qüvvələri aksiyaları zorakılıqla dağıdır, adamları kütləvi sxalayırdılar.

Polisin aksiyalara müdaxiləsi nəticəsində bir neçə etirazçı həlak olub.

“Dövlətin düşmənləri”

Martın 25-də keçirilən nümayişdən əvvəl daxili qoşunların komandanı Mikalay Karpyankou, Belarus etirazçıalrını “dövlətin düşməni” elan etmiş və bildirmişdi ki, keçmişdə olduğu kimi bu dəfə də “onların məsələsini çox çevik şəkildə məmnuniyyətlə həll edəcək”.

Avropa İttifaqı, Birləşmiş Ştatlar və bir sıra başqa ölkələr 66 yaşlı avtoritar Lukaşenkanın hakimiyyətini tanımaqdan imtina edirlər.

Seçki saxtakarlığı və etirazçılara divan tutulmasına görə Belarus rəsmiləri üzərinə çoxsaylı sanksiyalar qoyulub.

Lukaşenka hökuməti isə etirazçıları “xarici ölkələrin əlində alət” olmaqda ittiham edir.

***

Müxalifət lideri Svetlana Tixanovskaya belarusluları martın 25-də Alyaksandr Lukaşenkaya qarşı yeni etirazlara səsləyib. Bu gün ölkədə qısa ömürlü Belarus Xalq Respublikasının ildönümü qeyd olunur.

Tixanovskaya belarusluları Den Voli – Azadlıq Günündə Minskdə və Belarusun digər şəhərlərində yürüşlərə çıxaraq avtoritar liderə etiraz etməyə, Belarusdakı siyasi böhrana qarşı birlik nümayiş etdirməyə səsləyib.

“Belaruslular artıq Azadlıq Gününü qeyd edirlər”, – Tixanovskaya martın 24-də axşam Twitter-də yazıb. Onun yerləşdirdiyi videoda müxalifəti təmsil edən qırmızı və ağ rəngli atəşfəşanlıq görünür.

Amma Minskdə tədbirlərə polis müdaxilə edə bilər. “Amnesty International” hüquq-müdafiə təşkilatı da hakimiyyətin mümkün reaksiyasından narahatlıq bildirib.

Polis pandemiya qadağalarını, “ekstremist Teleqram kanallarında gedən çağırışları” əsas gətirərək martın 25-də icazəsiz küçə etirazlarında təhlükəsizliyi təmin etməkdən imtina edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG