Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Silahın bir ildə 44 min həyatı bitirdiyi ölkə – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Pandemiya dövründə kütləvi atışmalar sanki xəbər başlıqlarından çıxmışdı. Amma adamlar yenə də rekord səviyyədə öldürülürdü

Təxminən bir həftə öncə Atlantada masaj salonlarında səkkiz nəfər, bu bazar ertəsi – martın 22-də isə Koloradoda supermarketdə 10 nəfər öldürülüb. “The Washington Post” qəzeti bu qətllərlə bağlı bir neçə məqalə dərc edib. Qəzet yazır ki, qətllərin səbəbi Birləşmiş Ştatların müharibə üçün hazırladığı silahların satışı ilə öyünməsidir.

Qəzet indiyədək avtomat silahla törədilmiş hücumlara nəzər salır. 2016-cı ildə Floridada gecə klubuna hücumda 49 nəfər öldürüldü, 53 nəfər yaralandı. 2018-ci ildə Parklenddə orta məktəbə hücumda 17 nəfər öldürüldü, 17 nəfər yaralandı. Siyahı uzundur. Qəzet qorxaq siyasətçilərin sayəsində, hücum silahlarına qadağanın 2004-cü ildə bitdiyini və yenilənmədiyini qeyd edir.

20 minədək amerikalı...

“Martın 16-da isə 21 yaşlı Əhməd Əl Alivi Alissa Ruger AR-556 tipli silahı alaraq 10 nəfəri qətlə yetirdi”, – məqalədə deyilir.

Qəzet başqa bir məqaləsində yazır ki, pandemiya dövründə kütləvi atışmalar sanki xəbər başlıqlarından çıxmışdı. Amma adamlar yenə də rekord səviyyədə öldürülürdü.

2020-ci ildə silahlı zorakılıq nəticəsində 20 minədək amerikalının öldürüldüyü bildirilir. Bu, azı son 20 ildə ən böyük illik göstəricidir. Əlavə olaraq, 24 min nəfər də silahla intihar edib.

Qəzet bütün bu faciələrin tünd dərili icmalara qeyri-mütənasib təsir göstərdiyini yazır.

“Sandy Hook Promise” silah zorakılığına qarşı qrupun həmtəsisçisi Mark Barden deyir ki, ölkədə xeyli icmalar silahlı zorakılıqla hər gün üzləşirlər. “Buna dəstək, ölkə miqyasında diqqət yoxdur. Adamlar anlamırlar ki, bu, davam edir və artır”, – o, sözlərinə əlavə edib.

Pandemiyanın təsiri, Baydenin vədi

Tədqiqatçıların fikrincə, pandemiya silahla zorakılığı daha da alovlandırır. Koronavrusa görə cinayətkarlığa qarşı fəaliyyət zəifləyib, məktəblərin, icma proqramlarının ya bağlandığı, ya onlayn formata keçdiyi bir vaxtda işsizlik və stress də yüksəlib. Minneapolisdə polisin Corc Floydu qətlə yetirməsindən sonra hüquq-mühafizə orqanlarına ictimai inam da azalıb.

Prezident Co Bayden isə dünən – martın 23-də ölkənin silah qanunlarını sərtləşdirməyə çağırıb.

“The Washington Post” yazır ki, senatda istənilən silah qanunvericiliyinin maneələrlə üzləşəcəyi gözlənir, çünki demokratlar və respublikaçılar bərabər təmsil olunurlar.

Qəzet elə Baydenin də seçki vədinə əməl etmədiyini, vəzifəsinin ilk günündə silah qanununu Konqresə göndərmədiyini yada salır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG