Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:59

Rusiyaya pomidor ixrac edən müəssisələr 80-i keçdi


Rusiyanın pomidor və alma qadağası
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

Rusiyanın pomidor və alma qadağası. (Video arxiv)

Azərbaycanın əlavə 8 müəssisəsindən Rusiya Federasiyasına pomidor ixracına icazə verilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Məlumata görə, "... AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) arasında aparılan müzakirələr, habelə təsərrüfatlarda həyata keçirilən birgə videomonitorinqlər və məhsullardan götürülən nümunələrin ekspertizası nəticəsində 24 mart 2021-ci il tarixindən daha 8 pomidor istehsalı müəssisəsindən pomidor ixracına icazə verilib".

Bundan əvvəl də Azərbaycanın bir çox müəssisələrinin Rusiyaya pomidor ixrac etməsinə icazə verilmişdi.

Qurum qeyd edir ki, martın 23-nə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumları 82 pomidor müəssisəsindən məhsul ixracına icazə veriblər: "Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 236 min 948 ton təşkil edir. Bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179 min 956 ton pomidor məhsulunun 131.6 faizini təşkil edir".

Rusiya ötən il Azərbaycandan pomidor və alma məhsullarının ixracına məhdudiyyət tətbiq etmişdi. Bu, həmin məhsullarda ziyanlı maddələrin aşkar olunması ilə izah edilmişdi. Həmin vaxt Azərbaycanın daxilində pomidorun qiymətində ciddi ucuzlaşma baş vermişdi. İndi isə əks proses baş verir.

XS
SM
MD
LG