Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 15:04

Çinli turistlər Ukraynaya vizasız gedəcək


Ukrayna kəndi, 23 mart, 2021-ci il il

Çin vətəndaşları aprelin 1-dən sentyabrın 30-dək Ukraynada 30 gün ərzində vizasız qala biləcəklər

Ukrayna çinli turistlər üçün müvəqqəti olaraq vizasız rejim tətbiq edib.

Prezident Volodimir Zelenski martın 23-də viza tələbinin qaldırılması barədə fərman imzalayıb. Sənəddə deyilir ki, məqsəd “Ukrayna ilə Çin arasında dostluq münasibətlərini inkişaf etdirmək, turizm sahəsində ikitərəfli əməkdaşlığı gücləndirməkdir”.

Sənədə uyğun olaraq, Çin vətəndaşları aprelin 1-dən sentyabrın 30-dək Ukraynada 30 gün ərzində vizasız qala biləcəklər.

Rusiya 2014-cü ildə Krım vilayətini ilhaq edəndən, ölkənin şərqində separatçıları dəstəkləməyə başlayandan sonra Çin Ukraynanın ən böyük ticarət tərəfdaşına çevrilib.

Hazırda Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası yaşanır, Kiyev daxil olmaqla bir neçə şəhərdə lokdaun rejimidir.

Yeni qadağalara uyğun olaraq ölkəyə gələn əcnəbilər mənfi COVID-19 testi göstərməlidirlər.

Şərhlər

XS
SM
MD
LG