Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Rusiya konsulluğunun əməkdaşı Strasburqda oğurladığı velosipedi satarkən saxlanılıb, amma...


Avropa Parlamentinin qarşısı, Fransa, Strasburq, 6 oktyabr 2020
Avropa Parlamentinin qarşısı, Fransa, Strasburq, 6 oktyabr 2020

Strasburqdakı Rusiya konsulluğunun əməkdaşı velosiped oğurlayıb satmaqda şübhəli bilinir.

Bu barədə yerli polisə istinadla məlumat yayılıb. Onun bu işlə çoxdan məşğul olduğu ehtimal edilir. Sonuncu oğurluğun üstü Starasburq merinin keçmiş birinci müavini Alena Fontanelin velosipedinin oğurlanmasından sonra açılıb.

Bu oğurluğa görə, polis konsulluq əməkdaşını tutsa diplomatik immunitetə görə bir qədər sonra sərbəst buraxılıb. Ehtimal edilir ki, Rusiyalı diplomat indiyə qədər velosiped oğurluğundan 100 min avrodan çox pul qazanıb.

Hadisə barədə məlumat yayan Fansanın France Bleu radiosu bildirir ki, 40 yaşlı Rusiyalı diplomat bu il fevralın əvvəlində Rusiya konsulluğunun qarşısında oğurladığı velosipedi satarkən saxlanılıb.

Beləki deputat Alain Fontanel oğurlanmış velosipedini reklam saytından tapıb. Elana uyğun olaraq polis həmin velosipedi satanla görüş təyin edib və onu tutub.

Amma saxlanılan şəxsin Rusiya konsulluğunun texniki əməkdaşı olduğu üzə çıxandan sonra o, diplomatik toxunulmazlığa görə səbəst buraxılıb. Məlumata görə, həmin şəxs Rusiya konsulluğundakı diplomatladan birinin sürücüsü imiş.

Rusiyalının elan verdiyi reklam saytındakı məlumatlara görə o, velosiped satışından təqribən 100 min avro pul qazanıb. Ehtimal edilir ki, satılan velosipdlərin hamısı oğuluq olub.

Konsulluq əməkdaşı sərbəst buraxıldıqdan sonra onu dindirmək mümkün olmayıb. Səhhətindəki problemlərlə bağlı Fransanı tərk etdiyi bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG