Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Pandemiya vərəm xəstələrinə necə təsir göstərib


Arxiv fotosu
Arxiv fotosu

DST qeyd edir ki, əsas məsələ hamının xidmətlərdən yararlana biləcəyi səhiyyə sistemlərinin qurulmasıdır

Ötən il 2019-cu ilə nisbətən vərəmdən 1.4 milyon daha az xəstə müalicə olunub. Dünya Səhiyyə Təşkilatı (DST) bunu 80-dən çox ölkədən aldığı ilkin informasiya əsasında bildirir. Yəni, 2020-ci ildə bir il öncəylə müqayisədə vərəmdən müalicə alanların sayında 21% azalma olub.

Nisbətən böyük azalma isə İndoneziyada (42%), Cənubi Afrikada (41%), Filippində (37%) və Hindistanda (25%) qeydə alınıb.

Sabah – martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir.

Görülən tədbirlər və problemlər

“COVID-19-un təsirləri virusun özünün səbəb olduğu ölüm və xəstəlik hallarını aşır. Vərəmli xəstələr üçün təməl xidmətlərin pozulması ən faciəvi misallardan birdir. Pandemiya dünyada vərəmə görə onsuz da yüksək risk qrupunda olan ən yoxsul əhaliyə qeyri-mütənasib şəkildə təsir göstərir”, – DST başçısı Tedros Adhanom Gebreyesus deyib.

DST qeyd edir ki, əsas məsələ hamının xidmətlərdən yararlana biləcəyi səhiyyə sistemlərinin qurulmasıdır. Bəzi ölkələr pandemiyanın təsirini azaltmaqdan ötrü addımlar atıblar – infeksiyaya nəzarəti gücləndiriblər, rəqəmsal texnologiyadan istifadəni genişləndirərək məsafədən məsləhət və dəstək təmin ediblər, evdə vərəmin profilaktikası və müalicəsini həyata keçiriblər.

Amma bir çox vərəmli şəxslər onlara gərəkən qayğını ala bilmirlər. DST 2020-ci ildə vərəmdən yarım milyondan çox insanın öldüyünü ehtimal edir, çünki onlar diaqnoz əldə edə bilməyiblər.

3 milyonluq fərq

“Bu, yeni problem deyil. Hələ COVID-19 başlanmazdan öncə hər il vərəm baş qaldıran insanlarla rəsmi diaqnoz qoyulanlar arasında 3 milyonadək fərq olurdu. Pandemiya bu vəziyyəti xeyli kəskinləşdirib”, – DST bildirir.

Bu problemin bir həll yolu vərəm yoluxması, yaxud xəstəliyini fərqləndirib müəyyənləşdirəcək müayinə aparmaqdır. DST Ümumdünya Vərəmlə Mübarizə Günündə təlimat hazırlayıb. Məqsəd ölkələrin icmaların xüsusi ehtiyaclarını, vərəm riski böyük olan əhali təbəqəsini müəyyənləşdirməyə kömək etməkdir.

Dünya üzrə indiyədək koronavirusa 124 milyona yaxın yoluxma, 2 milyon 700 mindən çox ölüm qeydə alınıb.

DST 2019-cu ildə dünyada vərəmdən 1.4 milyon nəfərin öldüyünü bildirirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG