Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:19

Pandemiya yaş ayrıseçkiliyini dərinləşdirir


İllüstrativ foto
İllüstrativ foto

BMT-nin dörd agentliyi birgə hesabatda qeyd edir ki, cəmiyyətdə yaşla bağlı ayrıseçkilik geniş yayılıb və bu problem təkcə yaşlılara təsir göstərmir

COVID-19 pandemiyası dünyada onsuz da geniş yayılmış yaş ayrıseçkiliyini (eycizm, ingiliscə ageism) pisləşdirib. BMT bunu martın 18-də açıqlayıb.

BMT-nin dörd agentliyi birgə hesabatda qeyd edir ki, cəmiyyətdə yaşla bağlı ayrıseçkilik geniş yayılıb və bu problem təkcə yaşlılara təsir göstərmir.

“Eycism dünya üzrə müəssisələrdə, qanunlarda və siyasətdə geniş yayılıb. Bu, fərdi səhhətə və şərəfə, eləcə də iqtisadiyyatlara və cəmiyyətlərə böyük təsir göstərir”, – BMT-nin Baş katibi Antonio Quterres hesabatda deyir.

Virusun ikibaşlı təsiri

Baş katibin sözlərinə görə, COVID-19 pandemiyası stereotipləri, önyarğını və ayrıseçkiliyi daha da gücləndirib. Pandemiya isə daha çox nisbətən yaşlıların ölümünə səbəb olub.

“Bu, adamları öz hüquqlarından, tam potensiala çatmaq qabiliyyətindən məhrum edir”, – o vurğulayıb.

Hesabatda o da qeyd olunur ki, özəlliklə iş yerlərində həm gənclər, həm də nisbətən yaşlılar yaşa görə ziyan çəkə bilərlər. Bu problemin həm tibb və sosial qayğı, media, hüquqi sistemlərdə aşkarlandığı, uzunmüddətli təsirlərinin olduğu vurğulanır.

Bu məsələ COVID-19 pandemiyasından öncə də böyük problem idi və pandemiya onu daha da dərinləşdirib, Dünya Səhiyyə Təşkilatının başçısı Tedros Adhanom Gebreyesus, BMT-nin insan haqları üzrə rəsmisi Mişel Baçele, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentindən (DESA) Lyu Jenmin və Əhali Fondunun rəhbəri Natalia Kanem birgə bəyanatda deyirlər.

“Hər yerdə adamların səhhəti, rifahı və şərəfini təmin etsək, böhran vaxtı və sonra da eycizmlə mübarizə apara bilərik”, – onlar vurğulayırlar.

Hindistan, ABŞ

Dünyanın ayrı-ayrı yerlərində COVID-19 sürətlə yayılmaqdadır. Martın 18-də Hindistanda 36 minə yaxın yoluxma qeydə alınıb ki, bu da son üç ayda ən böyük göstəricidir.

Hazırda bu ölkədə ümumi yoluxma sayı 11.47 milyona çatıb, ABŞ və Braziliyadan sonra gəlir. Ölü sayı isə 159 min 216-dır.

Vaksinasiyanın sürətlə getdiyi Birləşmiş Ştatlarda Disneylend Parkın və Disney Kaliforniya Macəra Parkının aprelin 30-da açılacağı bildirilir. Kaliforniyada yerləşən bu parklar pandemiyaya görə bir ildən çoxdur qapalıdır.

Amma giriş ümumi tutumun 15 faizi qədər olacaq, öncədən rezervasiya və giriş bileti tələb ediləcək.

Floridadakı “Walt Disney World” parkları 2020-ci ilin iyulundan ziyarətçilərin üzünə açılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG