Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:41

Ukrayna Rusiya müğənnilərinə cinayət işi açır


Valeria
Valeria

Ukrayna prokurorluğu 23 rusiyalı müğənniyə və incəsənət adamına qarşı cinayət işləri qaldırıb.

Onlar Krım körpüsünün açılmasına həsr edilmiş tədbirdə iştirak ediblər.

Ukrayna bu müğənniləri onun ərazisinə qanunsuz daxil olmaqda ittiham edir.

Kiyev dünya ölkələrinin əksəriyyəti kimi Krım yarımadasını Rusiya tərəfindən işğal olunmuş ərazisi hesab edir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, prokurorluğun məlumatında barələrində cinayət işi qaldırılmış sənətçilərin adları açıqlanmır, amma sözü gedən konsertdə iştirak etmiş müğənnilərin adlarını strana.ua saytı dərc edib.

Tanınmışlar

Onların arasında Qriqoru Leps, Pelageya, Aleksandr Marşal, Denis Maydanov, Olqaq Kormuxina, Aleksandr Buynov, Dima Bilan, Oleq Qazmanov, Valeriya, Jasmin, Dmitri Xaratyan, Alyona Süviridova kimi Rusiya tanınmışları, “Qradus” qrupu, Kuban kazaklarının xoru, Qara dəniz donanmasının mahnı və rəqs ansamblı var.

Rusiya hakimiyyət orqanları Ukraynanın torpaq ərazisindən yan keçən Krım körpüsünün tikintisi barədə qərarı yarımadanın ilhaqından dərhal sonra qəbul edib.

Körpünün avtomobil yolu zolağı 2018-ci ilin mayında, dəmir yolu zolağı isə 2019-cu ilin dekabrında istifadəyə verilib.

İşğal, yoxsa “ədalətin bərpası”

Avropa İttifaqı körpünün tikintisində iştirak etmiş 10 şirkətə və bir neçə fərdə, o cümlədən əsası Vladimir Putinin yaxın adamı olan Arkadi Rotenberq tərəfindən qoyulmuş “Stroyqazmontaj” firmasına sanksiyalar qoyub.

Rusiya rəhbərliyi bu körpünün tikintisinə görə Rotenberqə Əmək Qəhrəmanı ordeni verib.

Rusiya Krımı orada özünün təşkil etdiyi refrendumun nəticələri əsasında ilhaq edib. Həmin anda Krıma artıq Rusiya hərbçiləri yeridilmişdi.

Bu referendum Ukrayna qanunlarına zidd olaraq keçirilmişdi.

Qərb ölkələri ilhaqın beynəlxalq normalara zidd olduğunu desələr də, Moskva hadisəni “tarixi ədalətin bərpası” adlandırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG