Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 02:59

Blinken Brüsselə gedir


Entoni Blinken

ABŞ-ın Dövlət katibi Entoni Blinken martın 22-də Brüsselə səfər edəcək. Onun NATO və Avropa Birliyi liderləri ilə görüşləri gözlənir. Prezident Co Bayden transatlantik əlaqələri bərpa etməyə çalışır.

Blinken martın 23-də və 24-də NATO-nun xarici işlər nazirləri, müttəfiqləri, alyansın baş katibi Jens Stoltenberqlə görüşməlidir.

Dövlət Departamentinin məlumatına görə, Brüssel görüşlərinin məqsədi Prezident Co Bayden administrasiyasının "transatlantik alyans, NATO müttəfiqləri ilə əlaqələrimizi dirçəltməklə bağlı qətiyyətini göstərir".

Görüşlərdə Çin və Rusiya yaratdığı narahatlıq, NATO-nun Əfqanıstanda rolu, kibertəhlükəsizlik, terrorçuluqla mübarizə, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, digər ortaq problemlər müzakirə olunacaq.

XS
SM
MD
LG