Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Paşinyanın opponentləri seçki keçiriləcəyinə inanmırlar


İşxan Saqatelyan
İşxan Saqatelyan

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən “Vətənin xilası” hərəkatının koordinatoru İşxan Saqatelyan deyib ki, onlar iyunun 20-də növbədənkənar seçkinin keçiriləcəyinə inanmamaq üçün ciddi əsaslara malikdirlər.

Martın 19-da Saqatelyan deyib ki, hakimiyyətə qarşı etiraz aksiyaları davam etdiriləcək.

İşxan Saqatelyan bildirib ki, hakimiyyət müxalifətin təzyiqi altında seçkiyə getdiyini elan edib.

O deyib ki, seçkiyə razılıq verməsi Nikol Paşinyan hakimiyyətinin zəifliyindən xəbər verir.

Böhran seçki ilə çözüləcəkmi?

Saqatelyan əlavə edib ki, iqtidarın nöbədənkənar seçkinin keçirilməsi barədə bəyanat verməsi hələ böhrana son qoyulması demək deyil.

“Vətənin xilası” hərəkatının nümayəndəsi bildirib ki, Nikol Paşinyanın müvəqqəti baş nazir vəzifəsində qalacağı təqdirdə seçkilərin ədalətli olacağına ümid azdır.

O deyib ki, bu seçkinin saxtalaşdırılması ehtimalı böyükdür.

Ermənistanın baş naziri Nikol Paşinyan martın 18-də “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyanla danışıqlardan sonra növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini bəyan edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG