Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Senat ABŞ-ın keçmiş Rusiya səfirini MKİ-nin direktorluğuna təsdiq etdi


Uilyam Börns
Uilyam Börns

ABŞ Senatı martın 18-də Uilyam Börnsü Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə təsdiqləyib.

The Hill xəbər verir ki, onun namizədliyi yekdilliklə qəbul olunub və o bugünlərdə andiçmə mərasimindən keçəcək.

Martın əvvəllərində Texas ştatından respublikaçı senator Ted Kruz Börnsün təsdiqlənməsini bloklamışdı.

Senator prezident Co Baydendən Rusiya qazını Almaniyaya nəql edəcək Şimal Axını 2 kəmərinin tikintisinə sərt sanksiyaların qoyulmasını tələb edirdi.

Martın 18-də Dövlət Departamenti bu kəmərin tikintisində iştirak edən şirkətləri sanksiyalarla hədələdikdən sonra Kruz Börnsün namizədliyinə iradını geri götürüb.

Dövlət katibi Entoni Blinken sözü gedən şirkətlərin bu layihədən dərhal çıxmasını tələb edib.

Rusiyada kitabı çap olunub

Uilyam Börns Barak Obamanın administrasiyasında ABŞ dövlət katibinin müavini, bundan əvvəl isə ölkəsinin Moskvadakı səfiri olub.

O 30 ildir ki, diplomatik xidmətdədir.

Börns ABŞ-ın Rusiyadakı diplomatik missiyasına 2005-2008-ci illərdə, Corc Buşun prezidentliyi dövründə başçılıq edib.

O bundan əvvəl, 1990-cı illərdə də Moskvadakı ABŞ səfirliyində çalışıb.

Börns 2015-ci ildə təqaüdə çıxdıqdan sonra nüfuzlu Carnegie Fonduna başçılıq edib.

Diplomat Rusiya və Yaxın Şərq üzrə güclü ekspert sayılır və rusca danışa bilir.

Bu yaxınlarda onun “Görünməz qüvvə” xatirələr kitabı Rusiyada çap olunub.

Bu kitabın bir neçə fəsli Rusiyaya və Rusiya-Amerika münasibətlərinə həsr edilib.

Börns habelə Rusiya barədə bir sıra analitik məqalələrin müəllifi kimi tanınır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG