Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 15:07

Moskvada Əfqanıstan sülh konfransı açılıb


Moskva görüşü

Əfqanıstan hökuməti, Taliban və bir neçə böyük ölkənin təmsilçiləri Moskvada bir araya gəliblər. Onlar Əfqanıstanda sülh prosesinin irəli aparılmasını, zorakılığın azaldılması yollarını müzakirə edirlər.

“Ümid edirik, bugünkü söhbət proqressiv əfqandaxili danışıqlar üçün şərait yaradılmasına kömək edəcək”, – Rusiyanın Xarici işlər naziri Sergey Lavrov 18 mart toplantısında açılış nitqində deyib.

Mayın 1-də ABŞ və NATO hərbçilərinin ölkədən çıxarılması gözlənir və o vaxtadək üç beynəlxalq konfrans planlaşdırılır. Moskva görüşü onlardan birincisidir.

Bu tarix 2020-ci ilin fevralında ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyası ilə əldə olunub. Amma onun xələfi Co Bayden xəbərdarlıq edib ki, ölkədə zorakılıq artdığından Birləşmiş Ştatların bu tarixə əməl etməsi çətinləşə bilər.

Vaşinqton və Kabil atəşkəs əldə etməyə çalışsalar da, Taliban bu məsələni Əfqanıstan hökumətilə danışıqlar çərçivəsində müzakirə edəcəyini bildirir.

Şərhlər

XS
SM
MD
LG