Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:52

Atmosferə atılan zərərli tullantılar azalıb


Zavodların tüstüsü

2020-ci ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına 809.5 min ton çirkləndirici maddələr atılıb.

Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, bu da 2019-cu illə müqayisədə 312.6 min ton azdır:

Sumqayıtda əks-proses gedir

"Avtomobillərdən atılmış zərərli maddələrin həcmi 30.1 faiz, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 16.1 faiz azalıb. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi Bakı şəhərində 27.2 min ton, Mingəçevir şəhərində 0.5 min ton azalıb, Sumqayıt şəhərində isə 0.2 min ton artıb".

Açıqlamaya görə, profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 65 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib:

"Atmosferə atılmış bütün zərərli tullantıların 62 faizini karbohidrogenlər, 14.1 faizini azot oksidi, 11.6 faizini karbon oksidi, 0.7 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib".

Xatırlatma

Sumqayit şəhəri SSRİ dönəmində mühüm kimya müəssisələrinin mərkəzlərindən birinə çevrilmişdi. Onda bu şəhərdə ekoloji böhran yaşandığı bildirilirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusilə də son illər Sumqayıtda kimya müəssisələrinin bir çoxunun fəaliyyətinin dayandığı bildirilir.

XS
SM
MD
LG