Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:16

Apple cihazlarında Rusiya proqramları ‘quraşdırılacaq’


Moskvada mobil telefon mağazası
Moskvada mobil telefon mağazası

Rusiya rəsmiləri bunu yerli texnologiyanı dəstəkləmək, vətəndaşlara aldıqları cihazları işlətməkdə kömək etməklə əlaqələndirirlər

Rusiya mediası yazır ki, Apple şirkəti Rusiyada satışa çıxarılan cihazlarına bu ölkədə hazırlanmış proqramların yazılmasına razılıq verib. Aprelin 1-dən Rusiyada yeni qanunvericilik qüvvəyə minir.

“Vedomosti” qəzeti martın 16-da Rusiya Rəqəmsal İnkişaf və Kommunikasiyalar Nazirliyinə istinadla yazıb ki, gələn aydan başlayaraq yeni Apple cihazları sahibləri Rusiya hökumətinin təsdiqlədiyi tətbiqlərin içindən seçim edə biləcəklər. Seçilməmiş tətbiqlər quraşdırılmayacaq.

“Vedomosti” Apple rəsmilərinin qərarı təsdiqlədiyini yazır.

Android smartfonlarında isə seçim olmayacaq, Rusiyanın bütün proqram və tətbiqləri öncədən yazılacaq.

Nələr quraşdırılacaq

Mənbə onu da deyib ki, nazirlik rəsmiləri Apple ilə Rusiyanın hazırladığı tətbiqlərin Apple Store vasitəsilə satılmasının mümkünlüyünü də müzakirə edirlər.

Aprelin 1-dən Rusiyanın Mail.ru elektron poçt sistemi, Kasperski Lab antivirus sistemi, Odnoklassniki, VKontakte sosial şəbəkələri, MIR ödəniş sistemi cihazlara öncədən quraşdırılacaq.

“Kommersant” qəzeti martın 15-də yazırdı ki, qanun yenilənəcək, beynəlxalq şirkətlərin üzərinə elektron məhsullara Rusiya brauzerlərini də öncədən quraşdırmaq öhdəliyi qoyulacaq.

Rusiya rəsmiləri bunu yerli texnologiyanı dəstəkləmək, vətəndaşlara aldıqları cihazları işlətməkdə kömək etməklə əlaqələndirirlər.

Amma Kremlin tənqidçiləri tətbiqlər vasitəsilə mümkün nəzarətlə bağlı narahatlıq bildiriblər. Onların fikrincə, bu tələb elektronika nəhənglərini Rusiya bazarından çıxmağa sövq edə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG