Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:56

Əfqan Muxtarlı Gürcüstana getmək istəyir, amma...


Gürcüstan parlamentində Əfqan Muxtarlıya dəstək aksiyası, arxiv fotosu
Gürcüstan parlamentində Əfqan Muxtarlıya dəstək aksiyası, arxiv fotosu

Muxtarlı vəkillərinin onun Gürcüstana buraxılmamasından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərdiyini vurğulayır

Jurnalist Əfqan Muxtarlı Gürcüstana getmək, oğurlanaraq Azərbaycana hansı yolla aparıldığını müstəntiqlərə göstərmək istədiyini deyir. Jurnalist bu haqda “Facebook” səhifəsində yazıb, xahişinə Gürcüstan Prokurorluğundan cavab aldığını qeyd edib.

Amma Muxtarlı həmin cavabın nədən ibarət olduğunu yazmayıb.

Muxtarlı qeyd edir ki, bu prosedur qaydasıdır və bir qurban kimi buna haqqı çatır. “Həbsdə olanda Gürcüstan hüquq-mühafizə agentlikləri bəhanə edirdilər ki, Azərbaycan onlara məni dindirməyə şərait yaratmır. Bir ildir azadlıqdayam və bu müddətdə Gürcüstan hakimiyyəti mənim bu ölkəyə səfərimi hər vasitəylə əngəlləyib”, –jurnalist yazıb.

“Əgər Gürcüstan hakimiyyətinin mənim oğurlanmamda əli yox idisə, istintaqın düzgün aparılmasından ötrü Tbilisiyə getməyimə icazə verilməliydi. Bu bir daha Gürcüstan hökumətinin bu hadisədə əli olduğunu göstərir”, – yazan Muxtarlı vəkillərinin onun Gürcüstana buraxılmamasından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərdiyini vurğulayır.

Əfqan Muxtarlı Almaniya polisinə çağrılıb
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Xatırlatma

Muxtarlı ötən il martın 17-də azad edilərək Almaniyaya, ailəsinin yanına göndərilib.

O, 2017-ci ildə həbs olunub, qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə günahlandırılaraq 6 il həbs cəzası alıb.

2014-cü ildən mühacirətə gedən jurnalist Gürcüstandan oğurlanaraq Azərbaycana gətirildiyini bəyan edib.

O bu məsələdə Gürcüstanın hüquq-mühafizə orqanlarını da günahkar sayır. Amma həmin vaxt Gürcüstan baş naziri onlara qarşı ittihamların əsassız olduğunu açıqlamışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG