Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:38

Merkelin partiyası seçkini uduzub


Almaniyada seçki posteri

Almaniya Kansleri Angela Merkelin Xristian Demokratik Birliyi (CDU) partiyası martın 14-də iki vilayətdə seçkini uduzub. Bu nəticənin ilin sonuna Merkelin varisini müəyyənləşdirəcək seçkiyə təsiri olacağı bildirilir.

Cənub-qərbi Baden- Vürtemberq vilayətində sağ-mərkəzçi CDU-ya dəstək 24.1, qonşu Reynland-Pfalts vilayətində isə 27.7 faizə düşüb.

Bu iki ştatda CDU-ya dəstək heç vaxt belə az olmayıb. Amma bunlar ilkin nəticələrdir və partiya rəsmiləri xəbərdarlıq edirlər ki, bir çox bülletenlər poçtla göndərilib və nəticələr dəyişə bilər.

Bu yaxınlarda yayılmış iddialar CDU və müttəfiqi Bavariya Xristian Sosial Birliyinə (CSU) təsirini göstərib. İki üzvünün koronavirus pandemiyasının əvvəlində maska tədarükü üzrə kontraktlardan qazanc götürməsi iddiaları yayılıb.

“Die Welt” qəzeti seçkinin nəticəsini “CDU üçün qara gün”, “Die Zeit” isə “fəlakət” adlandırıb.

Sol-mərkəzçi SPD-dən Merkeli əvəzləməyə namizəd, Almaniyanın Maliyyə naziri Olaf Şolz deyib ki, bu nəticələr onun kansler olmaq şanslarını artırır.

“Almaniyada CDU/CSA-suz hökumət qurmaq mümkündür”, – o deyib.

XS
SM
MD
LG