Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 14:51

Azərbaycan ordusu təlimlərə başlayıb


Tank

Qoşunların 2021-ci ilin planına uyğun olaraq Azərbaycan ordusu əməliyyat-taktiki təlimlərinə başlayıb.

Bununla bağlı bu gün, martın 15-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Məlumata görə, təlimə 10 min nəfərədək şəxsi heyət, 100-dək tank, digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket, artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi, minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Nazirlik bildirir ki, təlimlər dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilir. Açıqlamaya görə, diqqət qoşunların idarə olunması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib: "Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və antiterror əməliyyatları üzrə tapşırıqları icra edəcək".

XS
SM
MD
LG