Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 02:49

603 gündəlik  yoluxma aşkarlanıb


arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 603 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 234 nəfər sağalıb.
Bu məlumatı martın 14-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 240 295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 960 nəfər sağalıb, 3 282 nəfər vəfat edib, aktiv xəstə sayı 6 053 nəfərdir”.

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8 945 , hazırkı dövrədək isə ümumilikdə 2 710 126 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG