Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:05

Sarkisyanın barışıq dialoqu mümkün olmaya bilər


Armen Sarkisyan
Armen Sarkisyan

AzadlıqRadiosunun Erməni xidməti Azatutuyun bildirir ki, Ermənistan prezidentinin martın 13-də keçirmək istədiyi dəyirmi masanın həyata keçirilməsi qeyri-mümkündür.

Bu barədə məlumatı prezident Armen Sarkisyanın ofisi yayıb.

Məlumatda deyilir ki, hakim “Mənim addımım” və parlament müxalifətindən “Maariflənmiş Ermənistan” partiyalarının fraksiyaları dəyirmi masa arxasında oturmağa razılıq veriblər.

Lakin “Çiçəklənən Ermənsitan” və “Vətənin xilası” partiyaları görüşdə iştirak üçün öz şərtlərini irəli sürüblər.

“Vətənin xilası” ön şərt qoyur

Prezident aparatından verilən açıqlamada deyilir ki, Armen Sarkisyan parlament fraksiyaları ilə parlamentdə təmsil olunmayan siyasi qüvvələri bir araya gətirməyə çalışır.

Məlumatda deyilir ki, Sarkisyan yaranmış böhrandan yeganə çıxış yolunun danışıqlar və dialoq olduğuna inanır.

Onun fikrincə, ölkədə sarsıntıların yaşanmaması üçün mümkün olan hər şeyi etmək lazımdır.

Bundan əvvəl prezident Sarkisyan bəyan etmişdi ki, baş naziri və siyasi partiyaların nümayəndələrini martın 13-də onun iqamətgahında keçiriləcək dəyirmi masaya dəvət edir.

Azatutyun yazır ki, Vazgen Manukyanın “Vətənin xilası” hərəkatı bu görüşə qatılmaq üçün gündəlikdə baş nazirin istefası məsələsinin olmasını tələb edib.

Manukyan onlarca partiyanı birləşdirən hərəkatın baş nazir vəzifəsinə vahid namizədidir.

Lakin son rəy sorğuları Nikol Paşinyanı elektoratın 33, müxalifəti isə 2-3 faizinin dəstəklədiyini göstərib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG