Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Putin Əliyev və Paşinyanla danışıb


Arxiv fotosu
Arxiv fotosu

Rusiya prezidenti Vladimir Putin martın 11-də və 12-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefonda söhbət edib.

Kremlin rəsmi saytında bildirilir ki, söhbətlər zamanı Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının yerinə yetirilməsinin vəziyyəti müzakirə olunub.

Atəşkəsə əməl olunması və regiondakı vəziyyətin bütövlükdə sabit və sakit olması faktı razılıqla vurğulanıb.

Xəbərdə deyilir ki, İlham Əliyev və Nikol Paşinyan Rusiyanın sülhməramlı kontingentinin fəaliyyətini yüksək qiymətləndiriblər.

Hazırda Rusiya sülhməramlıları təmas xətti və “Laçın dəhlizi” boyunca yerləşdirilib.

Söhbət zamanı habelə Cənubi Qafqazda iqtisadi və nəqliyyat bağlarının açılması ilə əlaqədar məsələlər müzakirə edilib.

Tərəflər üç ölkənin baş nazir müavinləri arasında İşçi qrupunun işini pozitiv qiymətləndiriblər.

Bu da xəbər verilir ki, telefon söhbətləri zamanı Rusiya-Azərbaycan və Rusiya-Ermənistan əməkdaşlığının aktual məsələlərinə dair fikir mübadiləsi keçirilib.

Ermənistanın Qazaxla sərhəd kəndlərindən reportaj
Gözlə

No media source currently available

0:00 0:04:40 0:00

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat da imzalayıblar.

Onların dörd saatdan çox çəkən görüşlərinin nəticəsində imzalanmış bəyanat, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG