Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Ermənistan da hərbi təlim keçirəcək


Arxiv fotosu
Arxiv fotosu

Azərbaycan Müdafiə Nazirliyinin martın 10-da yaydığı məlumata görə, martın 15-dən 18-dək  əməliyyat-taktiki təlimləri keçiriləcək

Ermənistan gələn həftə hərbi təlim keçirəcəyini bəyan edib. İki gün öncə Azərbaycan oxşar planını açıqlayıb.

Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa elədi. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ermənistanın Qazaxla sərhəd kəndlərindən reportaj
Gözlə

No media source currently available

0:00 0:04:40 0:00

Hərbi təlimlərə çıxarılacaq qüvvələr

“2021-ci ilin birinci yarısının planına uyğun olaraq, Ermənistan silahlı qüvvələri bütün əməliyyat istiqamətləri üzrə birləşmiş silahlı qruplar və xüsusi təyinatlıların iştirakıyla taktiki və peşəkar manevrlər keçirəcək”, – Ermənistanın Müdafiə Nazirliyi martın 12-də bildirib.

Təlimlərə 7 min 500 şəxsi heyət, 200 raket və artilleriya qurğusu, 150-dən artıq tank əleyhinə qurğu, 100-dək zirehli texnika, 90-dan çox havadan müdafiə sistemi və təyyarələrin cəlb olunacağı bildirilir.

Azərbaycan Müdafiə Nazirliyinin martın 10-da yaydığı məlumata görə, martın 15-dən 18-dək əməliyyat-taktiki təlimləri keçiriləcək.

Təlimə 10 min nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Rusiyadan açıqlama

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 12-də deyib ki, planlaşdırılan təlimlər “Cənubi Qafqaz regionuna təhlükə yaratmayacaq”.

“Bizdə olan məlumata görə, bu təlimlər öncədən, qoşunların hərbi hazırlıq səviyyəsini təkmilləşdirmək məqsədilə planlaşdırılıb, regionda sabitlik və təhlükəsizliyə hər hansı risk yaratmır”, – Zaxarova deyib.

Ermənistanda 10 noyabr atəşkəs razılaşması xoş qarşılanmayıb, müxalifət Baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Amma Paşinyan istefa verməyib.

XS
SM
MD
LG