Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Bayden 4 iyulu hədəf seçdi


C.Bayden
C.Bayden

Ağ evin bildirməsinə görə, amerikalıların çoxuna veriləcək 1400 dollarlıq birbaşa ödənişin artıq bu həftəsonundan bank hesablarına köçürülməsinə başlanacaq

ABŞ Prezidenti Co Bayden martın 11-də 1.9 trilyon dollarlıq iqtisadi stimul paketini imzalayandan bir neçə saat sonra televiziya ilə xalqa müraciət edib. O, vaksinasiyanın növbəti mərhələsindən, ölkəni normal həyata qaytarmaq cəhdlərindən danışıb.

Tunelin sonunda işıq

Yeni koronavirusun pandemiya elan olunmasının birilliyində çıxış edən prezident tunelin sonunda işığın olmasına ümidini bildirib. Onun sözlərinə görə, mayın 1-cən yetkin yaşlıların hər biri peyvənd vurdura biləcək və məqsəd 4 iyul Müstəqillik günü bayramınacan ölkəni normal həyata yaxınlaşdırmaqdır.

Bayden administrasiyanın “müharibə vəziyyətində” olduğunu, hökumətin 530 min amerikalının həyatına son qoymuş pandemiyanı üstələməyə çalışdığını deyib. Amma prezident “savaşın hələ bitmədiyi”ni də qeyd edib.

“Qaranlıq qışdan ümidli yaz və yaya keçdiyimiz bir vaxtda qaydaları gözardı etmək zamanı deyil”, – deyən prezident hamını səhiyyə qaydalarına əməl etməyə səsləyib.

Covid 19-un peyda olmasından bir il ötür
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

Vaksinasiya

Bayden deyib ki, administrasiyası ştatlarla birlikdə vaksinlərin daha çox tibb ocağı, aptek, kütləvi vaksinasiya məntəqələrində əlçatan olmasından ötrü işləyəcək. Hökumət vaksinasiyanı dəstəkləyən növbətçi hərbçi sayını 6 minə çatdıracaq.

Prezident ötən il seçki kampaniyası dövründə vəd edirdi ki, vəzifəsinin ilk 100 günündə 100 milyon doza vaksin vurulacaq. Artıq Baydenin prezidentliyinin 50 günü keçib və 64 milyondan çox adama, yəni əhalinin 19.3 faizinə azı bir doza vaksin vurulub. 33.8 milyon nəfərin, yaxud əhalinin 10.2 faizinin peyvəndlənməsi isə başa çatıb.

Bayden imzaladığı 1.9 trilyon dollarlıq paketin sıravi amerikanların koronavirus böhranından çıxmasına kömək edəcəyini vurğulayıb.

Ağ evin bildirməsinə görə, amerikalıların çoxuna veriləcək 1400 dollarlıq birbaşa ödənişin artıq bu həftəsonundan bank hesablarına köçürülməsinə başlanacaq.

Paketdə koronavirus peyvəndlərinin paylanması, ev sahibləri və icarədarlara yardım, işsizlik müavinətləri, məktəblərin yenidən açılmasına yardım və digər ödənişlər də nəzərdə tutulub.

XS
SM
MD
LG