Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:59

Çovğun gözlənir


Bakıda qar: Kimisinə dərd-sər, kimisinə əyləncə
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Bakıda qar: Kimisinə dərd-sər, kimisinə əyləncə

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyi əsəcək. Küləyin 15-20 m/s, arabir 23-25 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.

Martın 11-də arabir yağan yağışın martın 12-də sulu qara, gündüz qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, günün ikinci yarısında çovğun olacağı ehtimalı var: "Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enərək martın 12-dən 13-nə keçən gecə 0 dərəcə olacaq".

Məlumata görə, Azərbaycanın rayonlarında da bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə onun intensiv olacağı gözlənilir: "Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var".

XS
SM
MD
LG