Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:37

Sorğu: ‘Seçki bu bazar günü olsaydı, Koçaryan 2 faiz səs qazanardı’


Keçmiş prezident Robert Koçaryan

Qanuna uyğun olaraq, martın 10-dan Onik Qasparyan baş qərargah rəisi vəzifəsindən kənarlaşdırılmış sayılır, bəyanatda vurğulanır

Ermənistanda beynəlxalq respublika institutu keçirdiyi son rəy sorğusunun nəticələrini dərc edib.

“Növbədənkənar parlament seçkisi ən yaxın bazar günü keçirilsəydi, hansı partiyaya səs verərdiniz” sualına rəyi soruşulanların 33 faizi hakim “Vətəndaş müqaviləsi” partiyasının, 3 faizi isə müxalif “Çiçəklənən Ermənistan” partiyasının adını çəkib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, rəy sorğusunda iştirak edənlərin cəmi 2 faizi keçmiş prezident Robert Koçaryana səs verəcəyini deyib.

Respondentlərin 1 faizi keçmiş hakim Respublika Partiyasını dəstəklədiyini bildirib.

Sorğunun nəticələrinə görə Daşnaksutyun, Sasna Tsrer və “Vətənin xilası” hərəkatı 1 faizdən də az səs toplayıblar.

Respondentlərin 42 faizi heç bir siyasi qüvvəni dəstəkləmədiyini deyib.

Ermənistan prezidenti baş naziri və müxalifəti görüşə çağırdı

Ermənistan prezidenti Armen Sarkisyan martın 10-da ölkədə yaranmış siyasi böhrandan çıxış yollarının müzakirəsi üçün baş nazir Nikol Paşinyanı, parlament fraksiyalarının liderlərini və “Vətənin xilası” müxalif hərəkatının başçılarını martın 13-də prezident iqamətgahında keçirilməsi nəzərdə tutulan görüşə dəvət edib.

Sarkisyan deyib ki, böhran davam edir və Ermənistan dövləti üçün sonu bəlli olmayan nəticələrə gətirib çıxara bilər:

“Mən belə bir qənaətimi bir daha təsdiqləyirəm ki, fikir ayrılıqlarını tənzimləməyin yeganə vasitəsi danışıqlar və dialoqdur. Ermənistan və Artsaxın (Dağlıq Qarabağ – red) inkişafı üçün yeganə yol isə hamımızın bütün səy və imkanlarının birləşdirilməsidir”.

Paşinyan silahlı qüvvələrin komandanlığı ilə görüşüb

Ermənistanın baş naziri Nikol Paşinyan martın 10-da Ermənistan silahlı qüvvələrinin komanda heyəti ilə görüşüb.

Nikol Paşinyan silahlı qüvvələrin komandanlığı ilə görüşüb
Nikol Paşinyan silahlı qüvvələrin komandanlığı ilə görüşüb

Paşinyan bu görüş barədə qısa videonu özünün Facebook səhifəsində dərc edib.

O bildirib ki, bu görüşdə etdiyi çıxış barədə geniş məlumatı az sonra verəcək.

Prezident Qasparyanla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib

Martın 10-da Ermənistan prezidenti Armen Sarkisyan “Hərbi xidmət və hərbi qulluqçunun statusu” haqqında qanun barədə Konstitusiya Məhkəməsinə müraciət edib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xəbər verir ki, bu barədə məlumatı Konstitusiya Məhkəməsinin katibi Yeva Tovmasyan açıqlayıb.

Tovmasyan deyib ki, Konstitusiya Məhkəməsi haqqında qanunun konstitusiyaya uyğunluğu məsələsinə 3 gün müddətində baxılmalıdır.

Katib bildirib ki, qanuna görə bəyanatın ilkin baxışına 30 gün vaxt verilir.

Yeva Tovmasyan izah edib ki, prezident Sarkisyan Konstitusiya Məhkəməsinə “Hərbi xidmət və hərbi qulluqçunun statusu” haqqında qanunun 40-cı maddəsinin 3-cü bəndinin Konstitusiyanın 133-cü maddəsinin 1-ci bəndinə, 57-ci maddəsinin 2-ci bəndinə, 79-cu maddəsinə və 155-ci maddəsinin 3-cü bəndinə uyğunluğu məsələsinin həlli üçün müraciət edib.

Baş qərargah rəisi baş naziə tabedir

Azatutyun yazır ki, adı çəkilən maddə və bəndlər birbaşa silahlı qüvvələrin baş qərargah rəisinin təyinatı və vəzifəsindən kənarlaşdırılması ilə bağlıdır.

Bu baxımdan Ermənistan Konstitusiyası 133-cü maddəsinin 1-ci bəndinə görə “prezident silahlı qüvvələrin ali baş komandanlıq heyəti üzvlərini təyin edir və istefaya göndərir”.

Konstitusiyanın 155-ci maddəsinin 3-cü bəndində deyilir ki, “Silahlı Qüvvələrdə ən yüksək vəzifə baş qərargahın rəisidir və o baş nazirin təklifi ilə prezident tərəfindən bu vəzifəyə təyin edilir və ya vəzifədən çıxarılır”

Qanuna görə baş qərargah rəisi dinc zamanlarda birbaşa baş nazirə tabe olur.

Qasparyan vəzifəsindən getmək istəmir

Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi Onik Qasparyan bir daha bəyan edib ki, ölkədə yaranmış siyasi böhrandan ən əlverişli çıxış yolu baş nazir Nikol Paşinyanın vəzifəsindən istefası və növbədənkənar parlament seçksinin keçirilməsidir.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun yazdığına görə Qasparyan martın 10-da verdiyi bəyanatda bildirir ki, baş nazirin onun vəzifəsindən çıxarıldığını elan etməsi tamamilə antikonstitusiya səciyyəsi daşıyır.

O bildirib ki, “Konstitusiyanın alililiyinin təsdiqi üçün” İnzibati Məhkəməyə müraciət edib.

Amma Qasparyan bunu da deyib ki, vətənə və erməni xalqına başqa statusda xidmət edəcək:

“Hörmətli generallar, zabitlər və əsgərlər! Silahlı Qüvvələrin müstəsna missiyası vətənin təhlükəsizliyinin təmin edilməsidir və buna görə də mən sizi vətən və xalq naminə, silahlı qüvvələrin, Ermənistan və Artsaxın (Dağlıq Qarabağ - red) inkişafı və güclənməsi naminə fədakar və vətənpərvər xidmətinizi davam etdirməyə çağırıram”.

Paşinyan Davtyanı baş qərargah rəisi görmək istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan Artak Davtyanın silahlı qüvvələrin baş qərargah rəisi təyin olunması üçün Prezident Armen Sarksyana təqdimat göndərib. Bu barədə Azatutyun radiosu baş nazir aparatına istinadla yazır.

Bu günlərdə Müdafiə naziri Vaqarşak Arutyunyan Artak Davtyanı xüsusi tapşırıqlar üzrə böyük zabit təyin edib.

Davtyan 2018-ci ilin mayından 2020-ci ilin iyununadək silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsində olub. Sonra onu Onik Qasparyan əvəzləyib.

Ordu fevralın 25-də Paşinyanın istefasını tələb edəndə Davtyan deyirdi ki, bunu siyasətə müdaxilə hesab etmir, əgər belə bir addım atıblarsa, deməli buna hüquqları çatır.

Onik Qasparyan isə işdən çıxarılmasını məhkəmədə mübahisələndirəcək, İnzibati Məhkəməyə müraciət edib. O bugünkü müraciətində bir daha qeyd edir ki mövcud böhranın həllindən ötrü baş nazir istefa verməli və vaxtından əvvəl parlament seçkiləri keçirilməlidir.

***

Ermənistan silahlı qüvvələri bir daha Baş nazir Nikol Paşinyanı istefaya çağırıb. Bu çağırışdan öncə isə Paşinyan baş qərargah rəisinin vəzifədən kənarlaşdırıldığını açıqlayıb.

Baş qərargah və aparıcı komandirlər Paşinyanı istefa getməyə, erkən seçki keçirməyə səsləyiblər, bunun ölkədəki siyasi böhranın yeganə həlli yolu olduğunu bildiriblər.

***

Qasparyan vəzifəsindən ‘azad olunmuş sayılır’

Artıq Ermənistan Prezidenti Armen Sarkisyanın “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunla bağlı Konstitusiya Məhkəməsinə müraciət etdiyi xəbər verilir. Bu haqda prezident administrasiyası martın 10-da səhər açıqlama yayıb.

Bəyanatda deyilir ki, prezident məhkəmədən qanunun Konstitusiyaya uyğunluğu məsələsinə baxmasını xahiş edib. Müraciət baş nazirin baş qərargah rəisini vəzifədən kənarlaşdırmaq təşəbbüsünün yaratdığı problemlərlə əsaslandırılır. Prezident qeyd edir ki, Konstitusiya Məhkəməsinin məsələni hərtərəfli araşdıraraq qərar vermək səlahiyyəti var.

Prezident Sarkisyan ümidvar olduğunu bildirir ki, uyğun qərarların mümkün qədər tez qəbulu hüquqi müəyyənlik yaradacaq və mövcud böhranın tənzimlənməsinə töhfə verəcək.

***

Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Onik Qasparyan martın 10-dan qanunla vəzifəsindən azad olunmuş sayılır.

Bu haqda bu gün – martın 10-da Baş nazir Nikol Paşinyanın hökumətin saytında bəyanatı dərc olunub.

Bəyanatda deyilir ki, prezident baş nazirin təqdim etdiyi fərman layihəsini imzalamadığı və eyni zamanda qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etmədiyi üçün Qasparyanın vəzifədən çıxarılması qüvvəyə minir.

Bəyanata görə, “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna uyğun olaraq 2021-ci il fevralın 25-də Qasparyanın vəzifədən kənarlaşdırılmasına dair təklif prezidentə təqdim olunub.

Fevralın 27-də baş nazirin aparatı prezidentdən bu layihəylə bağlı etirazlar alıb. Amma baş nazir prezidentin etirazlarını qəbul etməyərək fevralın 2-də məktubunu müvafiq əsaslandırmalarla yenidən prezidentə göndərib.

Sözügedən qanuna uyğun olaraq, martın 10-dan Onik Qasparyan Baş qərargah rəisi vəzifəsindən kənarlaşdırılmış sayılır, bəyanatda vurğulanır.

Prezident administrasiyasından isə deyilmişdi ki, Prezident Armen Sarkisyanın Konstitusiya Məhkəməsinə müraciət etməsindən ötrü son tarix yoxdur və prezident yaxın günlərdə məhkəməyə müraciət edəcək, Konstitusiyanın “Hərbi xidmət və hərbi qulluqçusunun statusu haqqında” qanuna uyğunluğu məsələsinə baxılmasını istəyəcək.

Polis etirazçıları dağıtmayıb

Müxalifət və ordu 2018-ci ildən hakimiyyətdə olan Paşinyanın istefasını tələb edir. O isə ordunu çevriliş cəhdində ittiham edib, baş qərargah rəisini işdən çıxarmağa çalışıb.

Ötən il Azərbaycanla 44 günlük müharibədən sonra Ermənistanda etirazlar səngimir. Müxalifət müharibənin nəticələrinə görə Paşinyanı ittiham edir.

Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti özünə qaytarıb. Amma qoşunların təmas xəttində Rusiya hərbçiləri yerləşdirilib.

Martın 9-da müxalifətin minlərlə tərəfdarı Yerevanda parlament binasını blokadaya alaraq Paşinyanın istefasını tələb ediblər, polislə toqquşma yaranıb. Amma çevik polis etirazçıları dağıtmayıb.

XS
SM
MD
LG