Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:43

Ermənistanda UNICEF təmsilçisinin fəaliyyəti dayandırılır


Marian Klark- Hattinq

Ermənistan hökuməti UNICEF-in bu ölkədəki təmsilçisi Marian Klark- Hattinqin fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib. Bu haqda Azatutyun radiosuna Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan məlumat verib.

Sözçü qeyd edib ki, UNICEF təmsilçisinin öz səlahiyyətinin icrası və iş üslubundakı çatışmazlıqlar Ermənistan tərəfinə problem yaradıb. “Bu səbəbdən Ermənistan hökuməti onun mandatını dayandırmaq qərarına gəlib. Qərar barədə BMT-nin daimi koordinatoru və UNICEF təmsilçiləri bilgiləndirilib”.

Marian Klark- Hattinq 2020-ci ilin iyulundan UNICEF-in Ermənistan ofisinə başçılıq edib. Daha öncə isə UNICEF-in Malayziyada təmsilçisi olub.

XS
SM
MD
LG