Keçid linkləri

2025, 22 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:34

YouTube-dan qazananlardan ‘ABŞ vergisi’ tutula bilər


Google YouTube platformasında yayınlanan videolardan pul qazanan istifadəçilərdən ABŞ üçün vergi çıxa bilər.

Bu prosesə artıq bu ilin iyunundan başlanacaq.

Google YouTube-da material yaradıcılarının ABŞ istifadəçilərindən qazandığı puldan 24 faizədək vergi tuta bilər.

Məlumatda vurğulanır ki, vergi hətta Birləşmiş Ştatlardan kənarda yaşayanlara da şamil ediləcək.

Bu da qeyd olunur ki, Google YouTube-da ABŞ istifadəçilərindən reklamlara baxış üçün əldə olunan gəlirlərdən də ABŞ vergisi tutmalıdır.

Xəbər verilir ki, Google ABŞ-ın daxili vergi qaydalarına görə YouTube-un material yaradıcılarından vergi tutmaq və onlar haqqında ABŞ-ın vergi orqanlarılna vergi məlumatı verməyə borcludur.

Bu qanunlara əsasən hər bir YouTube yaradıcısı dünyanın harasında yaşamasından asılı olmayaraq Google-a vergi informasiyası təqdim etməlidir.

ABŞ qanunlarına görə YouTube qazancından ABŞ vergisini Google tutacaq.

Bu da qeyd olunur ki, tutulan verginin məbləği yaradıcının yaşadığı ölkə ilə ABŞ arasında hər hansı vergi müqaviləsinin olub-olması ilə müəyyənləşdiriləcək.

XS
SM
MD
LG