Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:11

Faydalı qazıntı yataqları hərraca çıxarılacaq


Kəlbəcərdə qızıl yatağı ətrafında nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Kəlbəcərdə qızıl yatağı ətrafında nə baş verir?

Azərbaycanda ilk dəfə olaraq faydalı qazıntı yataqları hərrac qaydasında istifadəyə veriləcək.

Bu, İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə məlumatında bildirilir.

Bununla bağlı hər iki nazirlik arasında razılaşma əldə olunub.

Açıqlamaya görə, məqsəd iqtisadi mühitin genişləndirilməsi, təbii resursların səmərəli istifadəsi və ekoloji təhlükəsizlik sisteminin formalaşmasıdır.

Məlumatda habelə bildirilir ki, ilk olaraq Ağcabədi, Beyləqan, Goranboy, Göygöl, Qazax, Tovuz rayonlarındakı yataqların hərraca çıxarılması nəzərdə tutulur.

İşğaldan azad olunmuş ərazilərdəki faydalı qazıntı yataqlarının da hərrac vasitəsilə istismara verilməsi planlaşdırılır.

Azərbaycan ötən il 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində işğal altında olan ərazilərdən üçdə iki hissəsini azad etdiyini açıqlayıb. Ərazilərinin daha bir hissəsinin isə Rusiya sülhməramlıları və Dağlıq Qarabağdakı tanınmayan qurumun nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG