Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:10

Gündəlik 576 yoluxma aşkarlanıb, 6 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 217 nəfər sağalıb.

Bu məlumatı martın 12-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 238959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230461 nəfər sağalıb, 3268 nəfər vəfat edib, aktiv xəstə sayı 5230 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8595, ötən müddət ərzində isə ümumilikdə 2690711 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG