Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 02:21

Gürcüstanda baş nazirin istefası tələb olunur


Pirveli televiziyasının reportajı
Pirveli televiziyasının reportajı

“Gürcü Arzusu”nun üzvü səsyazısını saxta adlandırıb, bir neçə ili əhatələyən müxtəlif yazılardan tərtib olunduğunu deyib

Gürcüstanın müxalifət partiyaları Baş nazir İrakli Qaribaşvilini istefaya çağırırlar. Onun hakim partiyanın milyarder qurucusuna tabe olmasına dair yeni iddialar ortaya çıxıb.

Müxalifətin Pirveli telekanalı martın 7-də “Gürcü Arzusu”nun qurucusunun oğlu Bera İvanişviliyə aid olduğu iddia edilən səs yazısını yayıb. O, Qaribaşvilidən onun sosial mediadakı tənqidçilərini cəzalandırmağı tələb edib.

Təndiqçilərdən bəzilərinin milyarderin keçmiş mühafizəçilərinin təzyiqi ilə sonradan üzr istədiyi bildirilir. Mühafizəçilərdən Anzor Çubinidze hazırda ölkənin xüsusi dövlət mühafizə xidmətinin rəhbəridir.

“Gürcü Arzusu”nun üzvü səsyazısını saxta adlandırıb, bir neçə ili əhatələyən müxtəlif yazılardan tərtib olunduğunu deyib.

Gürcüstan sifariş etdiyi peyvəndi hələ ki,ala bilmir
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

Ölkədə siyasi böhran davam edir

Bu qalmaqal ölkədə onsuz da gərgin siyasi böhran fonunda baş verir. Ötən il parlament seçkilərindən sonra vəziyyət gərginləşib, aparıcı müxalifət lideri bu yaxınlarda həbs olunub.

31 oktyabr seçkisindən sonra müxalifət partiyaları yeni parlamentə girməkdən imtina edib. Ötən ay məhkəmə müxalifətin Birləşmiş Milli Hərəkat partiyasının lideri Nika Melia barəsində həbs qətimkan tədbiri seçib. O, girovpulu artımını ödəməməkdə ittiham olunur. Müxalifətsə liderə qarşı ittihamı siyasi əcinnə ovu adlandırır.

Melia və bir neçə müxalifət fəalı fevralın 23-də həbs olunandan sonra Tbilisidə hökumətə qarşı kütləvi etirazlar başlanıb, onun azadlığa buraxılması, vaxtından əvvəl parlament seçkisinin keçirilməsi tələb olunur.

Meliya 2019-cu il antihökumət etirazları zamanı “kütləvi zorakılığ”ın təşkilində ittiham olunur. Özü ittihamı siyası motivli saysa da, hakim “Gürcü arzusu” bunu rədd edir.

41 yaşlı siyasətçi təqsirli bilinsə, 9 ilədək həbsə məhkum edilə bilər.

Martın 1-də Gürcüstana səfəri zamanı Avropa Şurasının Prezidenti Şarl Mişel ölkənin siyasi partiyalarını "pisləşən böhranı" səngitməkdən ötrü dialoqa getməyə çağırıb.

XS
SM
MD
LG