Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

İsveçrədə əksəriyyət üzü gizləyən geyimlərin əleyhinə səs verib


İsveçrədə plakat, 7 mart 2021
İsveçrədə plakat, 7 mart 2021

Matın 7-də İsveçrədə keçirilən referendumda seçicilərin əksəriyyəti üzü gizləyən paltar və baş geyimlərinin qadağan olunmasının lehinə səs verib.

SFR teleradio şirkəti və Tagesanzeiger nəşrinin ilkin hesablamalarına görə, ölkə əhalisinin 52-si öz şəhərləinin küçələrində qapalı üz görmək istəmirlər.

İsveçrə Konfederasiyasının 26 kantonunun əksəriyyəti qadağanın lehinə səs verib.

Gfs.bern agentliyi-nin sosioloqları deyirlər ki, yekun səs sayılmasından sonra referendumun nəticələrində dəyişiklik ehtimalı, çox güman ki, yalnız "nəzəri baxımdan" mümkündür.

Burkanın qadağan edilməsi təşəbbüsü İsveçrə Milli Mühafizəkar Xalq Partiyasının sağ qanadının millət vəkillərinə aiddir.

Yalnız kütləvi dini tədbirlər istisna olacaq. Referendumun nəticələri təsdiqləndikdən sonra, ictimai yerlərdə geyim növləri barədə bənd İsveçrə Konfederasiyasının konstitusiyasında yer alacaq.

Novaya Gazeta, indiyə qədər İsveçrə qanunlarında onsuz da qadınların üzlərini gizlətməyin qadağan olunduğuna diqqət çəkir.

2018-ci ilin statistikasına görə, İsveçrədə təxminən 450 min müsəlman yaşayır, bu da ölkə əhalisinin təxminən 5,3 faizi deməkdur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG