Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 18:03

Rusiya Tatar milli hərəkat liderinə 2034-cü ilə qədər qadağa qoyub


Mustafa Cəmiloğlu, 18 may 2013

Rusiya Krım Tatar milli hərəkat liderlərindən biri olan Mustafa Cəmiloğlu üçün giriş qadağasını 2034-cü ilə qədər uzadıb.

Bu tarixə qədər 77 yaşlı hüquq müdafiəçisi vətəni Krıma gedə bilməyəcək. Qadağanın uzadılması, Krımda keçirilən əlavə məhkəmə iclasında Cəmiloğluna qarşı cinayət işi üzrə materialların öyrənilməsi zamanı məlum olub.

Qadağa 5 mart 2019-cu ildə 15 il müddətinə - 5 mart 2034-cü il tarixinədək verilib.

Ona qarşı qiyabi olaraq Krıma girməyə cəhd, ehtiyatsız odlu silah saxlama və qanunsuz sursat əldəetmə ittihamı irəli sürülüb.

Mustafa Cəmiloğlu günahı olduğunu rədd edir və ittihamları absurd sayır.

Tərəfdarları isə hesab edirlər ki, onun təqibi Krımın Rusiya tərəfindən ilhaqını tanımaması ilə əlaqəlidir.

XS
SM
MD
LG