Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Papa Fransisk İraqa tarixi səfər edir


Papa Bağdada çatır
Papa Bağdada çatır

İraqda 300 min xristianın yaşadığı bildirilir.

Papa Fransisk Bağdada çatıb. Bu, İraqa ilk Papa səfəri, Fransiskin isə koronavirus pandemiyası başlanandan ilk beynəlxalq səfəridir.

“Səyahəti bərpa etməkdən məmnunam, bu həm də illər boyu şəhid vermiş torpaq qarşısında borc sayılan simvolik səfərdir”, – Fransisk martın 5-də Bağdada çatmazdan öncə təyyarədə jurnalistlərə deyib.

Dörd günlük səfər zamanı papa İraqın azalmaqda olan xristian icmasında əminlik yaratmağa çalışacaq, dinlərarası dialoqu təşviq edəcək. O həmçinin ölkənin ali şiə ruhanisi Ayətulla Əli əl-Sistani ilə görüşməlidir.

84 yaşlı papa Ərbil şəhərində stadionda messa da keçirməlidir.

Təhlükəsizlik tədbirləri

Roma Katolik Kilsəsinin liderini qorumaq üçün İraqın minlərlə təhlükəsizlik əməkdaşı səfərbər olunub. Ölkədə koronavirus pandemiyasına qarşı sərt tədbirlər də görülür.

Tədbirlərdə əhalinin toplanması məhdudlaşdırılacaq, Fransisk əsasən zirehli maşınında gəzəcək.

Bu arada İraqın bir sıra yerlərində təhlükəsizlik vəziyyəti pisləşməkdədir. Qərbin dəstəklədiyi hökumət ekstremistlərlə mübarizə aparır.

Bağdadın qonşu İranla da sıx münasibətləri var və Tehran İraqın şiə əhalisi üzərində böyük nüfuza malikdir.

İraqda 300 min xristianın yaşadığı bildirilir. 2003-cü ildə diktator Səddam Hüseyn devrilənəcən onların sayı 1.5 milyona qədər artmışdı. Xristian icması daim İslam Dövləti daxil ekstremist qrupların təqibinə, hücumlara məruz qalıb, yüzminlərlə insan ölkəni tərk etməli olub.

İraqın Xarici işlər naziri Fuad Hüseyn papanın səfərini “sülh, birgə yaşayış və dözümlülük mesajı” adlandırıb. “Ölkəmizə və regionumuz üçün bu mesaj lazımdır”, – o vurğulayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG