Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:44

ABŞ Suriyaya zərbələr endirib


İraq, arxiv fotosu

Birləşmiş Ştatlar Suriyanın şərqində İranın dəstəklədiyi döyüşçülərin obyektlərinə zərbələr endirib. Həmin obyektlər İraqla sərhəddə yerləşir.

Müdafiə Departamentinin fevralın 25-də bildirməsinə görə, zərbələr bu ayın əvvəlində İraqda ABŞ və koalisiya əsgərlərinin yerləşdiyi bazaya raket zərbələrinə cavab olaraq endirilib.

“Bu əməliyyat birmənalı mesaj verir: Prezident Co Bayden Amerika və Koalisiya heyətini qoruyacaq”, – Pentaqon bildirir.

Bəyanatda deyilir ki, zərbələr Suriya-İraq sərhədində İranın dəstəklədiyi hərbi qrupların istifadə etdiyi “çoxsaylı obyektlərə” endirilib. Bu sırada İraqın şiə Kaitib Hizbulla və Kaitib Seyyid əl-Şuhada qrupları da var.

Silahlı qruplara hansı ziyan dəydiyi, yaxud hansı obyektlərin vurulduğu bəlli deyil.

Fevralın 15-də İraqın yarımmuxtar Kürdüstan regionunun paytaxtındakı Ərbil Beynəlxalq Aeroportunda yerləşən hərbi bazaya raket zərbəsində bir mülki kontraktor öldürülmüş, bir amerikalı və bir neçə digər koalisiya əsgəri yaralanmışdı.

Bir neçə gün sonra isə Bağdaddan şimalda ABŞ bazasına raket zərbəsində azı bir kontraktor xəsarət alıb. Bu həftənin əvvəlində isə Bağdaddakı ABŞ səfirliyinə raket atılıb.

Ərbildəki hücuma görə az tanınan şiə yaraqlı qrupu məsuliyyəti götürüb.

XS
SM
MD
LG