Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Mübariz Mənsimov şərti azadlıqdadır


Mübariz Mənsimov haqda həbs qərarı verildi
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Mübariz Məsimov haqda həbs qərarı verildi (Arxiv)

Türkiyədə həbsdə olan işadamı Mübariz Mənsimov bu gün, martın 5-də məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb. Qərar İstanbul Ədliyyə Sarayında keçirilən prosesdə elan olunub. Məhkəmə İstanbul Cümhuriyyət Prokurorluğunun M.Mənsimovun şərti azadlığa buraxılması barədə vəsatətini təmin edib.

"Palmali" Şirkətlər Qrupunun baş meneceri Fidan Quliyevanın bildirdiyinə görə, M.Mənsimov son sözündə bunları deyib: "Mən bir daha əminliklə bəyan edirəm, heç bir zaman heç bir terror təşkilatına nə mənəvi, nə də maddi yardım etmişəm... Mən, bəraət istəyirəm, cənab hakim!...".

Həmkəndliləri Mübariz Mənsimovu günahsız sayırlar
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

M.Mənsimov ötən il martın 15-də İstanbulda saxlanıb. Türkiyə mediasında yazılanlara görə, o, İstanbul Baş Prokurorluğu Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin apardığı araşdırma nəticəsində tutulub. İşadamının ofisində axtarış aparıldığı da bildirilib. "Hürriyet" qəzeti yazırdı ki, əslən Azərbaycandan olan işadamı M.Mənsimov 2016-cı ilin iyununda Türkiyədəki çevriliş cəhdi və ABŞ-da yaşayan Fətullah Gülənlə əlaqələrə görə tutulub.

2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı yüzlərcə insan həlak olub. Daha sonra minlərcə adam həbs edilib, on minlərcə isə işdən çıxarılıb. Türkiyə rəsmiləri iddia edirlər ki, həmin çevrilişə cəhdi hazırda ABŞ-da yaşayan F.Gülən hazırlayıb. O, habelə terrora dəstəkdə ittiham edilir. Amma əslən Türkiyədən olan ilahiyyatçı F.Gülənin özü bu ittihamları qəbul etmir.

M.Mənsimov 1968-ci ildə Bakıda doğulub. Burada hərbi məktəb bitirib. O, "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG