Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Tatar millətçi fəalının evində axtarış aparılıb


Kazan şəhərində etiraz aksiyalarından biri
Kazan şəhərində etiraz aksiyalarından biri

Ümumtatar İctimai Mərkəzinin (ÜİM) başçısı bildirib ki, Rusiyanın Tatarıstan Respublikasında polis və təhlükəsizlik xidmətləri onun evində axtarış aparıblar və o nifrətin qızışdırılması ittihamı üzrə dindirilməyə dəvət olunub.

Farit Zakiyev AzadlıqRadiosuna deyib ki, Federal Təhlükəsizlik Xidmətinin (FTX) xəfiyyələri və polislər martın 4-də, səhər saatlarında onun Kazan şəhərindəki evində axtarış aparıblar.

O bunu da bildirib ki, ailə üzvlərinin smartfonları müsadirə olunub.

Zakiyev deyib ki, ona verilən məlumata görə hüquq-mühafizə orqanları 1552-ci ildə Kazanın ruslar tərəfindən mühasirəsi zamanı həlak olmuş tatarların xatirəsinə həsr edilmiş təbirlə bağlı məsələləri araşdırırlar.

Bu tədbir 2019-cu ildə keçirilmişdi. Farit Zakiyev deyib:

"Onlar məni sabah saat 2-də dindirmə üçün İstintaq Komitəsinə çağırıblar. Lakin mənim ora hansı qismdə çağırıldığım deyilməyib. Bu tam bir qanunsuzluqdur. Mənim bu tədbirlə əlaqədar dindirilməyim ümumiyyətlə absurddur, çünki sözü gedən tədbiri mənim təşkilatım yox, fərdi şəxslər təşkil etmişdilər”.

Əsası 1989-cu ildə qoyulmuş ÜİM tatar mədəniyyətinin, dilinin və adət-ənənələrinin, habelə tatarların hüquqlarının təbliğatı ilə məşğul olur.

Zəhmli İvan və Putin

2019-cu ilin oktyabrında keçirilmiş tədbirin bəzi iştirakçıları Quran oxuduqlarına və Tatarıstanın dövlətçiliyi barədə söhbətlər apardıqlarına görə cərimələniblər.

1552-ci ildə rus çarı Zəhmli İvan iki həftəlik müqavimətin ardınca Kazan xanlığını fəth edib.

Bu zaman çox sayda etnik tatar öldürülüb və ya zorla xaçaçur edilib.

Ötən ay Zakiyev onun təşkilatının ekstremist təşkilat elan edilməsi və qadağan olunması qərarı ilə bağlı aclıq aksiyasına başlamışdı.

Bu məsələ barədə məhkəmə qərarı hələki çıxarılmayıb.

AzadlıqRadiosu yazır ki, buna bənzər hadisələr qonşu Başqırdıstanda da baş verir.

Orada ötən il məhkəmə başqırd dilini və mədəniyyətini təbliğ edən Başqort təşkilatını qadağan edib.

Mayın 22-də keçirilən məhkəmə təşkilatın qadağan olunması barədə qərar çıxarıb.

Vladimir Putin 2000-ci ildə hakimiyyətə gəldikdən sonra Rusiyadakı etnik respublikaların hüquqları məhdudlaşdırlıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG