Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:30

ABŞ Konqresinin mühafizəsi gücləndirilib


Martın 4-də ABŞ Konqresinin hüquq-mühafizə orqanları yüksək hazırlıq vəziyyətinə gətirilib.

Hakimiyət orqanları bildirir ki, ifrat sağçı ekstremistlərin Konqres binasına “mümkün hücum planına” dair kəşfiyyat məlumatı daxil olub.

Bundan əvvəl, yanvarın 6-da keçmiş prezident Donald Trampın tərəfdarlarından ibarət qaragüruh Konqresin binasına hücum etmişdi.

Onlar Konqresin Co Baydenin prezidentliyini təsdiqləməsinə mane olmaq istəyirdilər.

Belə görünür ki, Konqresə yeni hücum barədə məlumatlar QAnon qəsd nəzəriyyəsi qrupunun guya Trampın martın 4-də yenidən hakimiyyətə gələcəyinə və onun minlərlə tərəfdarının Vaşinqtona axışaraq demokratları hakimiyyətdən salacağına dair fərziyyələri ilə bağlıdır.

Associated Press martın 4-də hüquq-mühafizə rəsmilərinə istinadən xəbər verib ki, son zamanlar bir neçə ifrat sağçı qruplaşmaların, o cümlədən “Üçfaizlilər” (Three Percenters) və Şimali Amerika qruplaşmalarının üzvləri internetdə fəal danışıqlar aparırdılar.

“Üçfaizlilər” yanvarın 6-da ABŞ Konqresinə basqın edən qaragüruhun arasında olub.

Milli Qvardiya paytaxtda saxlana bilər

Konqres polisi və Milli Qvardiya hazırda əraziyə nəzarət edir və martın 4-də heç bir qeyri-adi hal müşahidə olunmayıb.

Yanvarın 6-da baş vermiş iğtişaşdan sonra Konqres binasının perimetri boyunca ülgüc və tikanlı hasar çəkilib.

Lakin respublikaçı konqresmen Maykl Makkoul deyib ki, millət vəkillərinə mümkün zorakılığa hazır olmaları tövsiyə edilib.

Bu arada Pentaqon Milli Qvardiyanın Vaşinqtonda daha 60 gün saxlanmasına dair Konqres polisinin ricasını nəzərdən keçirir. Milli Qvardiyanın Konqresdəki xidməti martın 12-də başa çatmalıdır.

Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosi deyib ki, qvardiya ehtiyac olduğu müddətdə Konqresin mühafizəsini davam etdirməlidir.

Hazırda Vaşiqntonda Milli Qvardiyanın 5200 əsgəri var.

Prezident Co Baydenin inaqurasiya günündə paytaxtdakı qvardiyaçıların sayı 26 min idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG