Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:39

Kreml Donbasda müharibə təhlükəsindən narahatdır


Ukrayna ordusunun əsgərləri
Ukrayna ordusunun əsgərləri

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Ukraynadakı münaqişə təhlükəli həddə çatıb.

O deyib ki, Moskva Ukrayna silahlı qüvvələrinin və başqa silahlı birləşmələrin Donbas ərazisini getdikcə daha çox intensiv atəşə tutmasından narahatdır.

Peskovun sözlərinə görə, “Normand dördlüyü” adlanan qrup öz nüfuzundan istifadə edərək Ukraynada “vətəndaş müharibəsinin” yenidən qızışmaması üçün öz nüfuzundan istifadə etməlidir.

Bu qrupa Ukrayna və Rusiyadan başqa həm də Fransa və Almaniya daxildir.

Kiyev Peskovdan fərqli olaraq əmindir ki, Donbasda “vətəndaş müharibəsi” yox, Moskvanın başlatdığı separatçı münaqişə davam edir.

Putinin sözçüsü bunu da bildirib ki, Ukraynanın şərqində yaranmış vəziyyət “təhlükəli həddə” yaxınlaşıb.

Ukrayna tərəfi bildirir ki, Donbasda vəziyyətin gərginləşməsinə başlıca səbəbkar Rusiyadır.

Kiyev bəyan edir ki, Donbasın Donetsk və Luqansk vilayətlərinin bəzi hissələrində yaradılmış qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikasının” arxaslında məhz Moskva dayanır.

Simonyanın sualı

Donbasda artıq 7 ildir ki, davam edən münaqişə zonasında hazırda atəşkəs rejimi qüvvədədir.

Buna baxmayaraq son həftələrdə atəşkəs rejimi daha tez-tez pozulur.

Ukrayna silahlı qüvvələrinin komandanlığı separatçıların bölgəni hər gün atəşə tutduqlarını bildirir.

Ukraynanın Donbas bölgəsində münaqişənin tənzimlənməsi üçün 2015-ci ildə Minsk razılaşmaları qəbul ediliib.

Vladimir Putin və Marqarita Simonyan
Vladimir Putin və Marqarita Simonyan

Ötən yanvarda separatçı Donbasda Rusiyanın dövlət mediasının iştirakı ilə forum keçirilib.

Bu forumda RT-nin baş redaktoru Marqarita Simonyan açıq şəkildə separatçıların nəzarətində olan üzdəniraq DXR və LXR-in separatçıların nəzarətində olan hissələrinin Rusiyaya qatılmasına çağırış edib.

Simonyan bu barədə sualı Vladimir Putinə ünvanlamışdı. Putin cavab olaraq demişdi ki, “Rusiya Donbası heç vaxt atmayaaq”.

Amma Rusiya prezidenti separatçı bölgələrin Rusiyaya qatılmasına dair sualı cavabsız buraxmışdı.

Ukrayna və Qərb dəfələrlə Rusiyanı Donbasdakı münaqişədə birbaşa iştirakda ittiham edib.

Putin Donbasda Rusiyanın canlı qüvvəsi və hərbi texnikasının olmasına dair iddiları rədd edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG