Keçid linkləri

2025, 21 May, çərşənbə, Bakı vaxtı 10:27

Ukrayna Rusiyanı məhkəməyə verir


Donetsk regionunda Ukrayna hərbçisi
Donetsk regionunda Ukrayna hərbçisi

Bu, Ukraynanın AİHM-də Rusiyaya qarşı 9-cu iddiasıdır

Ukrayna Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) Rusiyaya qarşı daha bir iddia qaldırıb. Rusiya “opponent hesab etdiyi” şəxslərə qarşı “hədəfli sui-qəsd”lərdə ittiham olunur.

Ötən həftə təqdim olunan iddia fevralın 23-də məhkəmənin vebsaytında dərc olunub. İddiada Moskva “Rusiyanın və digər ölkələrin ərazilərində… qeyri-münaqişə vəziyyətində” sui-qəsdlər həyata keçirməkdə ittiham olunur. Kiyev bunu Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulmuş “yaşamaq hüququ”nun pozulması hesab edir.

Doqquzuncu iddia

Ukrayna həm də iddia edir ki, Rusiya iddia olunan qətlləri araşdırmır, “məsuliyyət daşıyan şəxslərin tapılması cəhdlərini puça çıxaran ört-basdır əməliyyatları bilərəkdən gücləndirilir”.

Məhkəmə iddia olunan sui-qəsd hallarının detallarını açıqlamayıb.

Bu, Ukraynanın AİHM-də Rusiyaya qarşı 9-cu iddiasıdır. Bu məhkəmə Konvensiyanın iddia olunan pozuntularını araşdırır.

İddialardan dördü hələ də baxış sırasını gözləyir. Bu iddialar 2014-cü ilin iyulunda Ukraynanın şərqində Malayziya Hava Yollarına məxsus təyyarənin vurulması, Moskvanın 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krım yarımadasında insan haqları pozuntuları, Rusiyanın 2018-ci ildə Kerç boğazında üç Ukrayna gəmisini ələ keçirməsilə bağlıdır.

Rusiya Ukraynanın şərqindəki separatçıları dəstəkləyir. 2014-cü ilin aprelindən bəri burada gedən münaqişədə 13 min 200-dən çox ölən olub.

XS
SM
MD
LG