Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Azərbaycan iqtisadi azadlıq indeksində 38-cidir


Arxiv fotosu
Arxiv fotosu

Azərbaycan iqtisadiyyatı “əsasən azad” hesab olunub, 70.1 balla 38-ci pillədə qərarlaşıb

ABŞ-ın “Heritage” fondu martın 4-də 2021-ci il İqtisadi Azadlıq İndeksini açıqlayıb.

Bu indeks qanunvericilik, dövlətin iqtisadi gücü, tənzimləyici effektivlik və bazarın açıqlığı kimi meyarlar üzrə hesablanır. İndeks sürətli inkişaf və davamlı sosial proqresdə iqtisadi azadlığın vacibliyini bir daha təsdiqləyir.

Azad iqtisadiyyatda yaşayanlar

Belə ki, “azad” və “daha çox azad” ölkələrin vətəndaşlarının gəlirləri dünyadakı orta gəlirdən iki dəfə çoxdur, “boğulmuş” iqtisadiyyatlardan isə altı dəfə yüksəkdir.

İqtisadi baxımdan azad cəmiyyətlərin sakinləri daha uzun və daha sağlam ömür yaşayırlar. Onların daha keyfiyyətli təhsil, tibbi xidmət və daha təmiz mühitə çıxışı olur.

Qurum onu da bildirir ki, 1995-ci ildən iqtisadi azadlıq güclənəndən qlobal iqtisadiyyat da iki dəfədən çox artıb, yüzmilyonlarla insan yoxsulluqdan çıxıb, demokratik idarəçilik daha səmərəli olub.

Azərbaycan irəliləyib

Azərbaycan iqtisadiyyatı “əsasən azad” hesab olunub, 70.1 balla 38-ci pillədə qərarlaşıb. Qonşu Gürcüstan (12), Ermənistan (32) da bu kateqoriyaya salınıb. “Əsasən azad” iqtisadiyyatlar 79.9-70 bal yığanlardır.

Ötən il Azərbaycan 44-cü yerdə idi, orta azad ölkə sayılırdı.

Rusiya 92-ci pillədədir, iqtisadiyyatı “orta azad” hesab olunub. İran (168), Türkmənistan (167) iqtisadiyyatları isə “boğulub”.

İlk beşliyə 80-100 bal yığmış Sinqapur, Yeni Zelandiya, Avstraliya, İsveçrə və İrlandiya daxildir.

XS
SM
MD
LG