Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 15:54

Ağdamda idarə rəisi minaya düşüb


Minalı ərazilərin xəritəsini Ermənistandan necə almalı?
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Minalı ərazilərin xəritəsini Ermənistandan necə almalı?

Bu gün, martın 3-də Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə rayonun işğaldan azad olunmuş Novruzlu kəndinin ərazisində minaya düşüb.

Bu barədə "Turan" agentliyinə Ağdam rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, minaya düşən H.Əzimzadə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Son aylar işğaldan azad edilən Azərbaycan ərazilərində tez-tez belə hallar baş verir. Rəsmi açıqlamalara görə, noyabrın 10-dan bəri 15-ə yaxın şəxs minaya düşdüyündən həlak olub. 60-dan çox şəxsin isə eyni haldan müxtəlif xəsarətlər aldığı açıqlanıb. Həlak olanların və yaralananların bəziləri hərbi qulluqçular, bir çoxu isə mülki insanlardır.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG